Nyu York Azərbaycan Evinin rəhbəri: Gördüyümüz iş damla olsa da sonunda ümmana çevriləcək

Vətənimiz Azərbaycan”  rubrikasının   bu dəfə ki, qonağı Nyu Yorkda   diaspora fəaliyyəti ilə məşğul olan həmyerlimiz   Minəvvər Vahabovadır.

Salam Minəvvər xanım.Bu gün  sizin kimi vətənpərvər bir insanın bizim saytın müsahibi olduğu üçün həqiqətən qürur hissi keçiririk.

İlk istəyim bu olacaq sizdən .Zəhmət olmasa özünüzü təqdim edərdiniz və təşkilatınız haqqında məlumat verərdiniz.

Salam Nail bəy , diqqətinizə görə çox sağ olun.Mən Minəvvər Vahabova 18 noyabr 1965-ci ildə Şəki şəhərində anadan olmuşam.Şəki Pedaqoji texnikomunu fərqlənmə diplomu ilə başa vurub 1987-ci ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutuna qəbul olmuşam. 1992-ci ildə həmin institutu da fərqlənmə diplomu ilə bitirərək doğma Şəki şəhərinə qayıdaraq, 8 saylı orta məktəbdə müəllimə kimi fəaliyyət göstərmişəm.1993-cü ildə ailə quraraq Bakı şəhərinə köçmüşəm.Bakı şəhərində də 1993-2007-ci illərdə orta məktəb müəlliməsi kimi fəaliyyət göstərmişəm. Ailəliyəm, bir oğlum, bir qızım var.Amerikaya necə gəldiyim haqqındada məlumat verirm sizə.
2007-ci ildən Green Card( Yaşıl kart) qazanaraq ABŞ-ın Nyu York ştatının Bruklin şəhərinə ailəmlə daimi yaşamaq üçün gəlmişik.Elə gəldiyim ilk aylardan diaspora fəaliyyətinə başlamışam.Burada  fəaliyyət göstərən diaspora təşkilatına qoşuldum və az bir zamanda vətənimiz, dövlətimiz və dövlətçiliyimiz uğrunda əlimizdən gələni etməyə başladıq.

Daha  sonra 2013-cü ildə tələbatdan irəli gələrək Nyu York Amerika-Azərbaycan Qadın Cəmiyyətini yaratdıq. Bu cəmiyyətin davamı və dəstəyi olaraq 2014-cü ildə Nyu York Azərbaycan Evi yaradıldı. Bu iki təşkilatın yaradıcısı və rəhbəri olaraq Nyu Yorkda və ətraf ştatlarda yaşayan azərbaycanlıların və Azərbaycandan olan digər xalqların nümayəndələrini bir araya gətirmək, onlara yardım etmək və hətta onların potensial imkanlarından diaspora fəaliyyərimizdə istifadə etmək kimi bir missiyanı üzərimizə götürdük.

Növbəti sualım sizə Nyu-Yorkdakı Azərbaycanlılarla bağlı olacaq.Nyu-Yorkda nə qədər Azərbaycanlı var və onlar Diaspor işində aktivdirlərmi ?

Son zamanlar  Nyu Yorkda  azərbaycanlıların  sayı  artmaqdadır. Rəsmi  statistika olmasa da  təqribən 5-7 min azərbaycanlı yaşayır  Nyu Yorkda.

Açıq danışsaq Diaspora fəaliytətində bu insanlar , yetərincə fəal deyillər.

ABŞ -dakı Azərbaycan diasporunun əsas aktual problemləri hansılardır sizcə?

Məncə yalnız ABŞ-da deyil bütün dünyada olan Azərbaycan diasporunun problemi koordinasiya problemidir.Biz hər yerdə pərakəndə fəaliyyət göstəririk.Mən hörmətli diaspora jurnalistlər birliyinin rəhbəri Fuad Hüseynzadəyə müsahibə verəndə də, bu məsələni  önə çıxarmışdım ki, Azərbaycan diasporu bir “çətir” altında birləşməlidir.Bütün dünyada olan diaspora liderləri sıx şəkildə bir-biri ilə əlaqə saxlamalı və informasiya mübadiləsi aparmalıdlr.
Bu dediklərim ABŞ-dakı diaspor nümayəndəlinə də aiddir.

Dövlətimiz tərəfindən sizə hansı formada dəstəyin göstərilməsini istəyərdiniz?
Dövlətimiz diaspor işinə lazımi qayğını göstərir.Mən artıq iki dəfə Vətəndə diaspora nümayəndələri ilə görüşmüşəm.2013- cü ildə Türkdilli ölkələrin diaspora nümayəndələrinin forumunda və 2016- cı ilin İyun ayında Dünya Azərbaycanlılarının 4-cü qurultayında.

Bu ğörüşlər bizə digər diaspora liderləri ilə fikir mübadiləsi etməyə,təcrübələrimizi bölüşməyə imkan yaradır.Bu ilin Oktyabr ayında da birinci biznes foruma dəvət almışdım.Təəssüf ki, forum təxirə salındı.Ümüd edirəm ki münasib bir vaxtda forum yenidən keçiriləcək.

Bundan başqa qeyd edim ki , Nyu York Azərbaycan Evi burada bir mədəniyyət mərkəzi rolunu oynayır.

 Biz restoran kimi fəaliyyət göstərərək Azərbaycan mətbəxini Amerika ictimaiyyətinə çatdırırıq. Canlı milli musiqimiz gələn qonaqları valeh edir. İnteryerımızdə hər bir detal Azərbaycanımızı təmsil edir.Tez-tez müxtəlif səpkili tədbirlər həyats keçirilir.

2015-ci ildə Azərbaycanın Əməkdar Rəssamı İsmayıl Məmmədovun fərdi sərgisini təşkil etdik.Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Azərbaycanın Müstəqillik Günü yüksək səviyyədə qeyd olunur. 20 yanvar və Xocalı facıələrinin şəhidləri xüsusi ehtiramla yad olunur. Mən özüm də şəhid bacısıyam və bu hüznü yaşayan hər ailəni daha yaxşı başa düşürəm.

 Sonda oxucularımıza və Nyu-Yorkda olan diaspora üzvlərinə nə sözünüz var?

Nail  bəy sizə və Diaspora.az saytının kollektivinə Nyu York Amerika-Azərbaycan  Qadın Cəmiyyəti və Nyu York Azərbaycan  Evi adından dərin təşəkkürümüzü bildiririk  və işlərinizdə uğurlar arzu edirik. Saytın oxucularını da diaspora işində fəal olmağa çağırıram. Hər birimizin gördüyü iş damla olsa da sonunda  ümmana çevriləcək.

Nail Əhməd

08 Noyabr 2016

By
@
backtotop