“Dünya azərbaycanlılarının palitrası” kitabı işıq üzü görüb

Araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb.

Diaspora.az-ın məlumatına görə, kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-də çap olunan 173 müsahibə yer alıb.

Dünyanın müxtəlif ölkələrində yaşayan aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub.

Müəllif bildirib ki, kitabı araya-ərsəyə gətirməyi vətəndaşlıq borcu hesab edir: “Kitabda diaspor bir növ öz dilində danışır. Bu baxımdan kitab sanki canlıdır, döyünən ürəkdir. Azərbaycan diasporunun həm özüdür, həm də güzgüsüdür. Kitabın özəlliyi odur ki, burada ənənəvi bioqrafik və statistik məlumatlar verilməyib. Azərbaycan diasporunun qəribçilik hisləri, nisgili, vətən həsrəti, iradı, istəyi, təklifləri, perspektiv fəaliyyəti və s. yer alıb. Burada həm indi, həm keçmiş, həm də gələcəkdən danışılır. Ona görə də, sözügedən kitab Azərbaycan diasporunun dünənini, bu gününü və sabahını özündə ifadə etdirir”.

Dörd hissədən – “Diaspor fəaliyyəti könül işidir”, “Diasporumuzdakı jurnalistlər”, “Xaricdəki gənclərimiz” və “Azərbaycanın əcnəbi dostları”ndan ibarət olan kitabın Bakıda və bir neçə xarici ölkədə təqdimatı nəzərdə tutulub.

Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Namiq Əliyev, məsləhətçi isə tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlıdır.

Kitaba ön sözü AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov yazıb.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 Oktyabr 2016

By
@
backtotop