Yunanıstan prezidenti Nazim Ibrahimovu və Nizami Gəncəvi Mərkəzinin üzvlərini qəbul edib

Yunanıstan prezidenti Prokopis Pavlopulos Afinada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitrionu və Mərkəzin Baş katibi Rövşən Muradovu qəbul edib.

Komitənin mətbuat xidmətindən Diaspora.az-a verilən məlumata görə, görüşdə bir sıra beynəlxalq və regional məsələlərlə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

P. Pavlopulosa Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Görüşdə həmçinin 2017-ci ilin noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin himayəsi ilə Yunanıstanda Mərkəzin Ali Səviyyəli toplantısının keçirilməsi müzakirə edilib.

Yunanıstan prezidenti Prokopis Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) fəaliyyətini təqdir edərək əməkdaşlığın vacibliyini vurğulayıb. P. Pavlopulos 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Foruma dəvət olunub.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

25 Oktyabr 2016

By
@
backtotop