Diaspor rəhbəri və məşhur azərbaycanlı aktyor Türkiyədə mükafata layiq görülüb-FOTOLAR

Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə “XVI Direklerarası Seyirci Ödülləri” teatr mükafatının qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspora.az-a verilən məlumata görə, Adanada keçirilən təqdimat mərasimində həmyerlimizə “Tiyatro için Emek Ödülü” mükafatı təqdim olunub.

Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Canangir Novruzov bu mükafata Adana Teatrının inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Mükafatın “Halk Jürisi”nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

r   k

Diaspora.az

15 Oktyabr 2016

By
@
backtotop