Gürcüstanda 3 azərbaycanlı deputat seçildi-ADLAR

Gürcüstanda deputat seçilən azərbaycanlıların sayı artıq 3-ə çatıb.

Diaspora.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında seçkiləri müşahidə etmiş Azərbaycan Milli Məclisinin üzvü Hikmət Babaoğlu deyib.

O bildirib ki, 3-cü deputat seçilən azərbaycanlı Mahir Dərziyevdir:

“Artıq 3-cü azərbaycanlı seçilən deputat Mahir Dərziyevdir. O, “Gürcü azusu” partiyasından proporsional seçki siyahısı ilə qalib gəlib.

Mahir Dərziyev yeganə azərbacanlıdər ki, hakim “Gürcü arzusu” partiyasında proporsional seçki siyahısında mübarizə aparırdı. İlkin məlumatlara görə, o da artıq deputatlıq mandatı qazanıb”-deyə deputat Hikmət Babaoğlu əlavə edib.

Xatırladaq ki, dünən Gürcüstan parlamentinə keçirilən seçkilərdə 2 azərbaycanlı namizəd, Savalan Mirzəyev və Ruslan Hacıyev sekçilərdə deputatlıq mandatını əldə ediblər. Artıq Mahir Dərziyevin də mandat əldə etməsi ilə bu say 3-ə çatıb.

İlkin nəticələrə görə, seçkilərdə 3 erməni əsilli namizəd qalib gələrək, deputat mandatı əldə edib.

Onlar Henzel Mkoyan, Samvel Manukyan və Ruslan Pogasyandır. Hər üç namizəd “Gürcü arzusu” partiyasından namizədliklərini irəli sürüblər.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb.

Son nəticələrə görə “Vətənpərvərlər Alyansı” 4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. “Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

10 Oktyabr 2016

By
@
backtotop