İsveçrə məktəblərində Azərbaycan rəqs dərsləri keçirilib -FOTOLAR

Yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycanın İsveçrədəki diasporunun ən fəal üzvlərindən və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi diaspor təşkilatının qurucusu və rəhbəri Qasım Nəsirovun təşəbbüsü ilə İsveçrənin iki orta məktəbində Azərbaycan rəqsləri həftəsi keçirilib.

Ölkəmizin İsveçrədəki səfirliyindən  Diaspora.az saytına bildiriblər ki, bu mədəniyyət tədbiri 29 avqust-1 sentyabr tarixləri arasında Arqau kantonunun Bremqarden şəhəri və Oberssiqqental kommunasında baş tutub. Orta məktəblərin 9-cu sinif şagirdləri üçün “İnteqrasiyanın mənimlə əlaqəsi nədir?” layihəsi çərçivəsində təşkil olunan layihə böyük maraqla qarşılanıb. Hər gün 4 qrupda cəmləşən şagirdlər üçün keçirilən rəqs dərslərində Azərbaycan milli rəqslərindən nümunələr, xüsusən “Yallı” rəqsinin elementləri öyrədilib və milli geyimlər nümayiş etdirilib, həmçinin ölkəmizin mədəniyyəti və tarixi barədə məlumatlar təqdim olunub.

Artıq ikinci ildir yeni dərs ilinin başlanması ərəfəsində təşkil edilən bu məşğələlər hər dəfə fərqli məktəblərdə keçirilir. Bu layihənin gələcəkdə İsveçrənin digər regionlarında da davam etdirilməsi qərara alınıb.

14730883422025346459_1000x669 14730883423839861918_1000x669 14730883424165931145_1000x669 14730883425567157629_1000x669

Nail Əhməd

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

05 Sentyabr 2016

By
@
backtotop