Xaricdəki 40 Azərbaycan səfirliyində seçki məntəqəsi yaradılıb-REFERENDUM

“Xaricdə yaşayan azərbaycanlıların 26 sentyabr referendumunda iştirak edə bilməsi üçün Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində lazımi şərait yaradılıb. Diplomatik nümayəndəliklərimizin yerləşdiyi 40-a yaxın ölkədə seçki məntəqəsinin təşkil olunması nəzərdə tutulur”.

Diaspora.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında  Konstitusiyasında dəyişiklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsinin (refrendum) təşkili ilə bağlı diplomatik nümayəndəliklərdə aparılan hazırlıq işlərindən danışan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Nazirlik sözçüsü bildirib ki, qanunvericiliyə uyğun olaraq bununla bağlı bütün zəruri tədbirlər həyata keçirilir:

“Azərbaycan Respublikası Konstitusiyası və Seçki Məcəlləsinin 12.1, 35.6, 35.8, 46.4, 46.8, 47.4 və 47.8-ci maddələrinə uyğun olaraq, ölkəmizin hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşlarımızın ümumxalq səsverməsində (referendum) iştirakının və seçki hüququnun ifadə edilməsinin təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərimizdə seçki məntəqələri təşkil ediləcək”.

Hikmət Hacıyev deyib ki, səfirliklər seçki ilə bağlı bütün növ zəruri avadanlıqlarla təmin edilir:

“MSK ilə əlaqələndirilmiş şəkildə diplomatik nümayəndəlik və konsulluqlarda yaradılacaq seçki məntəqələrinin təhkim olunduqları seçki dairələrinin müəyyən edilməsi üzrə yekun işlər aparılır. Diplomatik nümayəndəliklərin şəffaf qutular, seçki qutularının bağlanması üçün birdəfəlik kilidlər, seçki bülletenləri, barmaqların işarələnməsi üçün mürəkkəb, ultrabənövşəyi lampa, möhür, təlimat, qayda və izahlara dair çap materialları və digər ləvazimatlarla təmin edilməsi üzrə MSK ilə birlikdə XİN tərəfindən zəruri tədbirlər görülür.

Xarici İşlər Nazirliyi tərəfindən seçki məntəqələri yaradılacaq diplomatik nümayəndəlik və konsulluqlarımızın siyahısı və seçki məntəqələri üzrə vətəndaşların sayı barədə məlumat Mərkəzi Seçki Komissiyasına təqdim edilib”-deyə Hikmət Hacıyev əlavə edib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

01 Sentyabr 2016

By
@
backtotop