Sankt-Peterburqda daha bir azərbaycanlı öldü-SƏBƏB

11:34 | 01.09.2016
1.506 dəfə oxundu

Sankt-Peterburqda bədbəxt hadisə nəticəsində azərbaycanlı ölüb.

Diaspora.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, hadisə avqustun 31-də Admiralteysk rayonunda baş verib.

Rayondakı mebel sexində dəmir lövhə 57 yaşlı Azərbaycan əsilli sex rəisinin üstünə aşıb.

Mərhumun döş qəfəsinin ağır zədələrindən öldüyü bildirilir. Faktla bağlı araşdırma başlanıb.

 

 Diaspora.az