Peruda ilk dəfə Azərbaycan filmləri nümayış olunub-FOTO

2016-cı ilin 05 – 13 avqust tarixlərində Peru Respublikasının paytaxtı Lima şəhərində 20-ci Beynəlxalq Kinofestival keçirilib.

Azərbaycanın Perudakı Diplomatik Nümayəndəliyindən Diaspora.az-a verilən məlumata görə, Azərbaycan və Peru arasında mədəni əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Diplomatik Nümayəndəlik və AR Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan filmləri də kinofestivalda nümayiş olunub.

Kinofestivalda qədim və zəngin keçmişə malik olan Azərbaycan kino sənayesinin müxtəlif dövrlərini əhatə edən 7 film – “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat” və “Axınla aşağı” bədii filmləri ispan dilində subtitrlərlə nümayiş etdirilib.

Festival çərçivəsində 400-ə yaxın müxtəlif janrda xarici filmlər, o cümlədən Latın Amerikası filmləri ilə yanaşı Fransa, İsveçrə və bir sıra ərəb ölkələrinin filmləri də nümayiş etdirilib.

Böyük Milli Teatrda keçirilmiş kinofestivalın təntənəli açılış mərasimində Peru Respublikasının Mədəniyyət Naziri Xorxe Nieto Montesinos (Jorge Nieto Montesinos) çıxış edərək, Latın Amerikası kinematoqrafiyasının keçmişi, bu günü və gələcəyi haqqında danışıb, mədəni irs və zəngin təxəyyüllərini əks etdirən filmlərin dünyanın müxtəlif ölkələrinin bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını bildirib.

Kinofestivalda nümayiş olunmuş filmləri Peru Respublikasının Mədəniyyət Nazirliyinin kinoteatrında, Peru Milli Kitabxanasının kinoteatrlarında, mədəniyyət mərkəzlərində, habelə ölkənin digər şəhərlərindəki böyük kinoteatrlarında 1 milyondan artıq tamaşaçı izləyə bilib.

2

3

XX

4

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

16 Avqust 2016

By
@
backtotop