Rusiyadakı Azərbaycan diasporu Çeçenistanda Dağlıq Qarabağı MÜZAKİRƏ ETDİ

Çeçenistanın paytaxtı Qroznıda “Qafqaz dialoqu – 2016” adlı beynəlxalq forum keçirilib.

Diaspora.az-ın xəbərinə görə, bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresindən APA-ya məlumat verilib.

Məlumata görə, forumda Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiyadan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak ediblər. Forumun birinci günündə “Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı dəyirmi masa keçirilib. Dəyirmi masanın moderatoru Serqey Markedonov münaqişənin tezliklə həll olunmasının vacibliyindən danışıb. Azərbaycan Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında forum iştirakçılarına Azərbaycanın mövqeyini çatdırıb. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirərək ölkəmizin mövcud vəziyyətlə barışmayacağını qeyd edib.

Politoloq Zaur Məmmədov münaqişəyə hüquqi kontekstindən yanaşaraq, erməni tərəfin açıq – aşkar beynəlxalq hüququ pozduğunu vurğulayıb.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva üzrə icraçı direktoru Şamil Tağıyev ermənilərin uzun zamandır, Azərbaycan xalqına qarşı təcavüzündən, törətdikləri qırğınlardan bəhs edib. O qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda indi də ermənilər yaşayır:

“Amma Ermənistan azərbaycanlılara qarşı tam etnik təmizləmə aparıb”.

Toplantı qarşılıqlı dialoq formasında iki gün davam edərək bu gün işini başa vurub.

Diaspora.az

30 İyul 2016

By
@
backtotop