Diaspor quruculuğu: “Lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi “-TƏHLİL

Hazırda dünyanın əksər ölkələrində azərbaycanlılar yaşayır. Vətəndən kənarda yaşayan soydaşlarımızın xarici ölkələrə getmələri, sonrakı həyat və faəliyyətlərini orada qurmaları uzun bir tarixi, ictimai və siyasi proseslərin məhsuludur. Bu gün qürbətdə yaşayan azərbaycanlılar uzun illər öncə təhsil almaq məqsədilə, ticarət əlaqələri səbəbindən, iş tapmaq axtarışıyla xarici ölkələrə getmiş azərbaycanlıların nəslinin davamçılarıdır. Xaricdə yaşayan həmvətənlərimiz arasında uzun illər öncə Azərbaycanın müəyyən tarixi, ictimai-siyasi şəraitində vətəndən mühacirət etmiş tanınmış şəxsiyyətlərin soylarından olanlar da az deyil.

Uzun illərdən bəri xaricdə yaşayan azərbaycanlılar zaman keçdikcə, həmin ölkələrin ictimai-siyasi, mədəni və digər sahələrinə inteqrasiya olunublar. Və nəticədə xaricdə tədricən Azərbaycan diasporu yaranıb. Dünya ölkələrində yaşayan azərbaycanlılar həmin dövlətlərin təhsil müəssisələrində alim-professor, dövlət orqanlarında məmur, siyasi partiyalarında aktiv üzv kimi, habelə incəsənət və mədəniyyət sahəsində özlərini sübut etdikcə, onların təşkilatlanması daha sürətlənib.

Diaspor tariximizə nəzrə yetirəndə görürük ki, 1949-ci il fevralın 1-də Türkiyənin Ankara şəhərində Azərbaycan Kültür Dərnəyi təsis edilib. Bununla da dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk təşəbbüs olub. Daha sonra 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli təhlükəsizlik naziri olmuş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da Amerikanın Azərbaycan cəmiyyətini təsis edib.
Beləliklə, 20-ci əsrin ortalarından başlayaraq xaricdə yaşayan azərbaycanlıların, soydaşlarımızın şəbəkələnməsi, bir araya gələ bilməsi və həmrəyləşməsi istiqamətində təşkilatlarının yaradılmasının ilk qədəmləri qoyulub.

diaspora-e1429511733289

Xaricdəki azərbaycanlıların yayılmaq, səpələnmək və genişlənmək isqamətindəki bacarıqları…

Vətəndən kənarda yaşayan soydaşlarımız dünyaya səpələnmə, yayılmaqla yanaşı, diaspor işində nə dərəcədə həmrəy ola bilirlər ?…
Bu suala cavab tapmaq o qədər də çətin deyil. Çünki xaricdəki Azərbaycan diasporu artıq ölkəmizin haqq səsinin dünyaya çatdırmaqda, yaymaqda mühüm rol oynaya bilirlər…

Amma məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, bu gün hələ də uzun müddətdir yaşadığı və fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə müəyyən kəsim azərbaycanlılar səpələnə bilsələr də, bir araya, şəbəkəyə gəlib lazım olan anda və yerdə təşkilat qura bilməyiblər. Bunun əsas səbəbi odur ki, yayılmağı bacaran və fəaliyyət göstərən müəyyən qism həmvətənlətimiz yaşadıqları xarici ölkələrdə ictimai və siyasi fəaliyyətdə fərd olaraq iştirak etməyi seçiblər.
Yaxud müəyyən bir hissəsi diaspor fəaliyyətində istəkli və həvəskar olsa da, təşkilatlanmaya gəldikdə şəxsi maraqlar, individual ambisiyalar və  bəzən qazanc, mənfəət güdməkdən belə çəkinmirlər. Elələri də var ki, xaricdə, yaşadığı ölkədə diaspor təşkilatı yaratmağı bir azərbaycanlı kimi boynuna düşən milli mənlik vəzifəsi yox, dövlətdən almaq istədiyi maddi, maliyyə mənbəyi hesab edir və gəlir umur.
Bədnam qonşumuz və işğalçı dövlət olan Ermənistanın diaspor fəaliyyətində daha irəli getməsi, uğurlar qazanmasını qəbul etməliyik. Nə yazıq ki, birləşə bilməyən, şəxsi ambisiyalarını ümumi həmrəylik işindən üstün tutan xaricdəki soydaşlarımız qollarını çırmayıb işə başlamaq əvəzinə erməni diasporunun güclü olmasıyla barışıblar… Bu cür düşünənlərin və diaspor işinə xaricdə töhfə vermək əvəzinə problemi özündə deyil, kənarda axtaranların sayəsində lobbiçilik işində də qazandıqlrımızla yanaşı, itirdiklərimiz az deyil…

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyində yeni nəfəs…

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının birliyi, həmrəyliyi məfhumları Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra dövlət siyasətində xüsusi yer tutmağa başladı.
Heydər Əliyev çox gözəl başa düşürdü ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, dövlət imicinin formalaşdırımasında və beynəlxaq nüfuz məsələlərində yalnız rəmsi diplomatik üsullarla kifayətlənmək mümkün deyil.
O, xarici ölkələrə səfərlərində vətəndən kənarda yaşayan soydaşlarımızla görüşməyə, onların problemlərini şəxsən dinləməyə, diaspor və lobbiçilik işində hər cür dəstək verməyə başladı.

Heydər Əliyev eyni zamanda görürdü ki, Dağlıq Qarabağ kimi ciddi bir problemi olan dövlətin bədnam qonşusuna, işğalçı Ermənistana qarşı mübarizənin masa, kürsü, tribunalarda aparılması yollarından biri də lobbiçilik və diaspor fəaliyyətindədir.
Azərbaycan diasporunun yaranması tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması ideyası ulu öndərimiz Heydər Əliyevə məxsusdur.

1991-ci ilin sonlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlıları arasında birliyin daha da möhkəmləndirilməsinin əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Naxçıvan Ali Məclisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Təklif yekdilliklə qəbul olundu və Azərbaycan Ali Sovetinə də eyni addımın atılması tövsiyə edildi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il böyük bayram kimi qeyd edilir.
Bu amilləri nəzərə alan Heydər Əliyev ilk dəfə olaraq 1997-ci ilin martında Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsində xaricdə yaşayan soydaşlarımızla əlaqələr üzrə sektoru da yaratdı.
Daha sonra isə dünya azərbaycanlılarının birlik və həmrəyliyini təmin etmək məqsədilə 2001-ci il mayın 21-də Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzalandı. Həmin il noyabr ayının 9-10-da keçirilən ilk qurultay soydaşlarımızın həmrəyliyinin təmin ediiməsi və azərbaycançılıq ideyalarının təbliği istiqamətində tarixi hadisəyə çevrildi.

Heydar-Aliyev-azer-qurultay-2001

Milli birlik ideyalarının inkişafında mühüm rol oynayan bu mötəbər tədbir dünya azərbaycanlılarının Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesini sürətləndirdi. Qurultayda Azərbaycan dövlətilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımız arasında milli birlik və həmrəyliyin təmin edilməsi, ana dilinin, mənəvi dəyərlərin qorunub saxlanması və s. məsələlər müzakirə edildi. Dünya azərbaycanlılarının mötəbər yığıncağından sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu.
Görkəmli və izaqgörən dövlət xadimi Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı fərmanla Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bununla da, artıq müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq diaspor və lobbiçilik işi rəsmi dövlət fəaliyyətinin sıralarına qatıla bildi.
2002-ci il dekabr ayının 27-də isə “Xaricdə yaşayan azərbacanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi. Qanunun qəbulu dünya azərbaycanlılarının təşkilatlanmasını sürətləndirərək, soydaşlarımızın öz tarixi vətəni ilə əlaqələrinin daha da genişləndirilməsinə təkan verdi.  

Dünya azərbaycanlılarının növbəti qurultaylarında yeni hədəflər…

2003-cü ildə prezident seçilən İlham Əliyev də diaspor və lobbiçilik məsləsinə xüsusi önəm verdi. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirdi.

2006-cı il mart ayının 16-da keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında iştirak edən Prezident İlham Əliyevin I Qurultaydan ötən müddət ərzində görülən işləri Azərbaycan icmalarının formalaşması istiqamətində mühüm mərhələ adlandırdı.
Nəhayət, Prezident İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması mühüm qərar oldu.
Azərbaycan diasporunun ötən dövrdə qazandığı ən mühüm nailiyyətlərdən biri də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türk diaspor təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurmasıdır. Bu əlaqələr hər iki ölkənin problemlərinin, xüsusilə Azərbaycan həqiqətlərinin daha effektiv təbliğinə imkan yaradır. Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri 2006-cı il iyun  ayının 7-də Türkiyənin Antalya şəhərində Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyasının hazırlanmasına həsr olunmuş konfransın keçirilməsi oldu.

diaspora6_1079238785491480_7246260333441241068_n_267

Konfransda Azərbaycan və Türk icmalarının rəhbərləri “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının hazırlanması”na dair Razılıq Protokolu imzaladılar. Həmin ilin sentyabr ayının 18-20-də Antalyada baş tutan X Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq  qurultayında çıxış edən prezident İlham Əliyevin Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumunun keçirilməsi ilə bağlı tövsiyəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türk icmalarının fəaliyyətinin koordinasiya edilməsi, onların mövcud potensialının xalqlarımızın tarixi maraqlarının qorunması, habelə ölkələrimizin milli mənafelərinin müdafiəsi prosesinə cəlb edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edirdi.

Beləliklə, 2007-ci il mart ayının 9-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu bütün Türkdilli xalqların həyatında mühüm əhəmiyyətə malik hadisə oldu. Zaman keçdikcə, Azərbaycan və türk icmaları arasında əməkdaşlığın inkişafı, türkdilli xalqların birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərin sayı kimi coğrafiyası da genişləndirildi. 2009-cu ildə qəbul edilən “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” isə diaspor təşkilatları üçün proqram sənədi olmaqla yanaşı, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmlənməsi üçün yeni mərhələnin əsasını qoydu.

Azəbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği metodologiyasını müəyyən etmək də Xartiyanın məqsədləri sırasına daxil idi.

İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci ilin iyul ayında Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi isə bir növ ənənə halını almış əvvəlki qurultaylardan sonra görülən işlərin hesabatını vermək, qarşıdakı məqsəd, vəzifələri müəyyənləşdirmək xarakteri daşıyırdı.
Qurultayda çıxışı zamanı dövlət başçısı hər zaman olduğu kimi, azərbaycanlıların birlik və bərabərlik şəraitində fəaliyyət göstərməsini zəruri sayırdı.

Azərbaycan diaspor və lobbiçiləri qarşısında yeni tələblər…

3-4 iyun 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının IV qurultayı baş tutdu. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.

Diaspora_4_qurultay_3

Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olundu.

Ölkə başçısı prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında diaspor rəhbərləri qarşısında növbəti qurultaya qədər bu tələbləri qoydu:

– Xaricdə yaşayan Azərbaycanlılar vətənləri ilə əlaqəni kəsməsinlər və daim bura ilə təmasda olsunlar.

– Xaricdəki azərbaycanlıla yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. O, ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar, çünki müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmurlar.

– Xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar.

– Xaricdəki azərbaycanlılar bu səfirliklər, nümayəndəliklər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar.

– Azərbaycan diaspor təşkilatları xarici media qurumları ilə lazımi səviyyədə iş qurmalı və bu istiqamətdə işini daha da təkmilləşdirməlidir.

– Xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrin dilllərində saytlar yaratmalı və o saytlarda Azərbaycan naminə materialları verilməli, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun.

Beləliklə, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan diaspor və lobbisinin qarşısında bu hədəfləri qoymaqla əslində uzun illərdir ki, bu sahədə tutduğumuz müdafiə möqeyindən “hücum taktikasına” keçməyin planını verdi.
Ümid edək ki, ölkə başçısının diaspor rəhbərlərinə və üzvlərinə verdiyi bu konsepsiya xaricdəki təşkilatlarımız üçün bir yol xəritəsi olacaq. Və onlar növbəti, 2021-ci ildə keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayında hesabatlarını alnı açıq və üzü ağ verə biləcəklər.

_AZpressAZ_ilham_eliyev_dunya_azerbyacalilari_qurultay_4

Diaspora.az

27 İyul 2016

By
@
backtotop