“Bu təşkilatlarda erməni lobbisinin adamları işləyir”

“Ermənistanda insanları tuturlar, güllələyirlər, döyürlər, türməyə salırlar, ancaq beynəlxalq təşkilatların bununla bağlı hansısa ciddi bəyanatını eşitmirik. Haradadır “Amnesty International”, “Human Rights” və digər bu kimi təşkilatlar?!”

Diaspora.az-ın xəbərinə görə, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu hal bir daha həmin təşkilatların ikili standartlar içərisində olduğunu göstərir: “Bu, həmin təşkilatların nüfuzunun sıfıra düşməsi ilə bağlıdır. Faktiki bundan sonra onlar başqa ölkələrlə fəaliyyətlərini təşkil etmək iqtidarında olmayacaq. Gözümüzün qabağında gedən proseslərə heç bir münasibət bildirməmək, ancaq hansısa ölkədə balaca bir problem olan kimi bütün dünyanın diqqətini oraya yönəltmək o deməkdir ki, bunlar Ermənistanda gedən proseslərin ört-basdır edilməsində maraqlıdırlar.

Deməli, həmin təşkilatların içərisində erməni lobbisinin adamları işləyir və onlar hansısa məsələləri gizlətməyə maraqlıdırlar. Bu isə o təşkilatların etibarnaməsini faktiki olaraq əllərindən almış olur. Gözəl bir Azərbaycan deyimi var: “Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Bu təşkilatlar o qədər insan haqları haqqında danışdılar ki, axırda insan haqlarının özünü yaddan çıxarıb tamamilə başqa işlərlə məşğul olmağa başladılar”.

Səməd Seyidov deyib ki, heç bir təşkilatın insan haqlarını siyasi məqsədlər üçün istifadə etmək, heç kimin insan haqlarına ikili standartlarla yanaşmaq ixtiyarı yoxdur:

“İnsan haqları problemi bütün ölkələrdə möcvuddur və bütün ölkələrə eyni gözlə baxmaq lazımdır. İkili standartların mövcudluğu insan haqlarına ən böyük zərbədir”.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 İyul 2016

By
@
backtotop