Azərbaycan Moskvada beynəlxalq atəşfəşanlıq festivalında İKİNCİ OLDU

Azərbaycanın “Böyük bayram – Bakı” pirotexnika şirkəti Moskvada keçirilən II “Rostex” beynəlxalq atəşfəşanlıq festivalında ikinci yeri tutub.

Diaspora.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Qran-Prini Çin komandası qazanıb.

Münsiflər heyəti birinci yeri Qazaxıstana, üçüncü yeri isə Rusiyaya verib.

Azarkeş simpatiyası mükafatı Portuqaliyaya təqdim edilib.

Azərbaycan festivalda çətin element – atəşfəşanlıq vasitəsilə söz birləşməsi təqdim edən yeganə komanda olub.

Brateyevo kaskad parkında keçirilən ikigünlük festivalda ümumilikdə 8 komanda – Azərbaycan, Qazaxıstan, Çin, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniya yarışıb. İştirakçılar toplamda 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox yaylım atəşi həyata keçirib.

Diaspora.az

25 İyul 2016

By
@
backtotop