Diplomatik Akademiyada Milli Diplomatiya Günü KEÇİRİLDİ-FOTOLAR

Azərbaycan Diplomatiya Akademiyasında Milli Diplomatiya Günü münasibətilə tədbir keçirilib.

Diaspora.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan akademiyanın rektoru Hafiz Paşayev Azərbaycan diplomatiyasının çox şərəfli yol keçdiyini bildirib. O, Əlimərdan bəy Topçubaşov və Heydər Əliyevi Azərbaycan diplomatiyasının ən vacib şəxsiyyətləri adlandırıb.

H. Paşayev yeni nəsil diplomatların yetişməsində ADA Universitetinin mühüm rolu olduğunu söyləyib: “Universitetin məzunları nəinki Azərbaycanda, həm də ölkə xaricində və bir çox beynəlxalq şirkətlərdə fəaliyyətlərini davam etdirirlər”.

Əlimərdan bəy Topçubaşovun diplomatiya fəaliyyətinə həsr olunmuş 50 dəqiqəlik sənədli filmin nümayişindən sonra ADA Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov və Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin iştirakı ilə panel müzakirəsi keçirilib.
H. Hacıyev deyib ki, bu gün Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektidir və beynəlxalq münasibətlərdə öz yerini tutub. Onun sözlərinə görə, son iki ildə Qərb dövlətləri ilə münasibətlərdə Azərbaycanı narahat edən müəyyən məqamlar meydana çıxıb, ikitərəfli münasibətlərdə soyuqluq baş verib: “Xoşbəxtlikdən, prezidentimizin siyasəti nəticəsində son yarım il ərzində Qərblə münasibətlərimiz normal məcraya düşüb”.
Tədbir müzakirələr və kitab təqdimatı ilə yekunlaşıb.

a

b

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

12 İyul 2016

By
@
backtotop