ABŞ-dakı diaspor nümayəndəsi: “Konqresdə Qarabağın səsi olacağam”-MÜSAHİBƏ-FOTO

Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zöhrə Şərifi Trend-in suallarını cavablandırıb.

Diaspora.az  Zöhrə Şərifinin müsahibəsini təqdim edir.

– Zöhrə xanım, necə oldu ki, siz Amerika Birləşmiş Ştatlarına köçdünüz?

– Mənim atam tacir, anam isə evdar qadın idi. Hər ikisi Bakıda dünyaya gəlsələr də, mən özüm Tehranda anadan olmuşam. Uşaqlığım Xəzərin qumlu sahillərində, Təbriz və Ənzəli şəhərlərində keçib. Ailəmizdə çox qəribə Azərbaycan sevgisi vardı. Valideynlərim Azərbaycan, Bakı haqqında o qədər ehtirasla danışardılar ki… Evimizdə hər zaman Azərbaycan musiqiləri səslənərdi, daim Azərbaycan mədəniyyətinin bir parçası olduğumuzu hiss edərdik.

Mən orta və ali təhsilimi İranda almışam. Şiraz şəhərində Pəhləvi Universitetinin tibb fakültəsində yüksək ixtisaslı həkimlərdən cərrahiyyə üzrə 5 il dərs almışam. 1979-cu il İran inqilabından bir neçə il sonra – 1986-cı ildə tibbi dərəcəmi başa vurmaq məqsədilə Birləşmiş Ştatlara getmək qərarına gəldim. Nyu-Yorka köçüb, təhsilimi orada davam etdirdim.

– Diaspor fəaliyyətinə qoşulmağa necə qərar verdiniz?

– İlk vaxtlar Azərbaycan haqqında daha çox öyrənməyə və Azərbaycan dilini təkmilləşdirməyə, tədricən Azərbaycanla Amerika icmaları arasında qarşılıqlı əlaqələr qurmağa başladım. 2000-ci ilin oktyabr ayında Əli Nəsibovun rəhbərliyi ilə Azərbaycan Nyu-York Assosiasiyası (ANA) İdarə Heyətinin üzvü seçildim. Tədricən ANA-nın sıraları genişləndi, Bruklin və Nyu-Yorkdan 1500-dən çox üzv toplamaqla ən böyük Azərbaycan diaspor təşkilatından birinə çevrildi. ANA burada yaşayan azərbaycanlılara təhsil imkanları yarada bilən ilk təşkilat idi.

– Rəhbərliyində təmsil olunduğunuz bu təşkilat 1990-cı illərdə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində bir sıra önəmli işlər görüb. O illəri siz necə xatırlayırsınız?

– ANA-nın istər rəhbərliyində təmsil olunduğum, istərsə də sıravi üzvü olduğum vaxtlarda bu təşkilata, Azərbaycanın təbliğinə böyük zaman ayırmışam və təşkilata sadiq qalmışam. 20 Yanvar faciəsi, Xocalı soyqırımı qurbanlarının yad edilməsi, Azərbaycan xalqına qarşı erməni vəhşiliyinə etiraz olaraq aksiyaların keçirilməsi, Amerikada Azərbaycan bayrağının ucaldılması, Azərbaycanın Müstəqillik günü, Həmrəylik gününün qeyd olunması kimi tədbirlərin baş tutmasında yaxından iştirak etmişəm.

Bütün bunlarla yanaşı, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində də faydalı işlərimiz olub. Mən insanlar və gəlinciklər üçün Azərbaycan milli geyimlərindən ibarət böyük bir kolleksiyanın yaradılması ilə məşğul idim. Azərbaycanın ənənəvi geyim mədəniyyətinin zənginliyi və gözəlliyindən ilhamlanaraq eksklüziv milli geyim kolleksiyasını yaratmaq qərarına gəldim. Əcdadlarımızın əsrlər boyu üzərində daşıdığı və zamanla unudulan bu gözəl kostyumlar azərbaycanlıların geyim mədəniyyətinin, ümumilikdə Azərbaycan mədəniyyətinin çox əhəmiyyətli bir hissəsidir. Mən bu kolleksiyanı Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyinin dəstəyi ilə 2012-ci ildə beynəlxalq geyim müsabiqəsində nümayiş etdirdim. Çin səfirliyində keçirilən layihə BMT-nin Baş katibi Pan Gi Munun xanımı Kimon tərəfindən maliyyələşdirilmişdi və xanım özü də orada iştirak edirdi. Azərbaycan milli geyimlərinin belə mötəbər sərgidə nümayişi bizim üçün böyük uğur idi və xanım Kimon məni bu işimə görə təltif etdi. Həmin vaxt o, Azərbaycanın BMT-dəki nümayəndəliyinin təmsilçilərinə demişdi ki, mən 25 il öz vətənindən ayrı yaşayan, lakin doğma torpağının irsini qoruyan gənc xanım görməmişdim.

6

– Sizin ABŞ-dakı yəhudi icması ilə əlaqələriniz necə yaranıb?

– 2000-ci ildən bəri Nyu-Yorkda “Great Neck”də yaşayan yəhudi əsilli iranlılarla əlaqələrim yaranmağa başlayıb. Onların “100 VİP” adlı bir klubu var. Həmin klubda İrandan köçən farsdilli yəhudi sahibkarlar, həkimlər, müxtəlif peşə sahibləri bir araya gəlir. Onların əksəriyyəti isə ABŞ konqresmenləri, onların ailə üzvləri ilə yaxın dostluq münasibətində olan insanlardır. Mənim fars dilini bilməyim bu kluba üzv olmağıma və lobbiçilik fəaliyyəti göstərməyimə geniş imkanlar açdı. Bu Fond vasitəsilə Təbrizdə baş verən zəlzələ zamanı ianələrin toplanmasında yaxından iştirak etdim. Mən həmçinin, Nyu-Yorkda Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harrisin təşkilatçılığı ilə keçirilən tədbirlərə hər zaman dəvət olunuram.

Zöhrə xanım, son illər biz sizin eyni zamanda türk diaspor təşkilatları ilə sıx əməkdaşlıq etdiyinizi, hətta bu təşkilatların aksiyalarında öndə getdiyinizi müşahidə edirik. Türk təşkilatları ilə işbirliyiniz necə başladı?

– 2008-ci ildə ANA Türk Amerikan Dərnəkləri Federasiyasına qoşuldu və mən burada Xarici məsələlərə dair vitse-prezident vəzifəsinə seçildim. Təşkilatın vitse-prezidenti kimi Türkiyədə terror hadisələrinə qarşı etiraz aksiyalarının, hər il baş tutan Türk Paradının, eləcə də bir sıra müzakirələrin təşkilində Federasiyasının prezident seçkilərində yaxından iştirak edirəm.

Türk Federasiyasının üzvü kimi mən Amerikada Azərbaycanı təqdim etmək imkanına malikəm. Məsələn, ABŞ-da Türkiyə telekanalına müsahibə verərkən Amerika vətəndaşlarını və Konqres üzvlərinı inandırmağa çalışıram ki, 1992-ci ildə ermənilər Xocalıda günahsız insanları qətlə yetiriblər.

– Zöhrə xanım, Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzi hansı zərurətdən yarandı?

– Nyu-Yorkda uzun illər ərzində mədəniyyət tədbirlərini təşkil etdikdən sonra hiss etdim ki, artıq Lonq Aylenddə yaşayan azərbaycanlılar üçün mədəniyyət mərkəzinin yaradılmasının zamanıdır. Nyu-York Azərbaycan Amerika Mədəniyyət Mərkəzi artıq bir aydan çoxdur fəaliyyətə başlayıb. Mərkəzin vitse-prezidenti yəhudi əsilli vəkil Ayra Kaplandır. O, Azərbaycan mədəniyyətinin və irsinin təbliğ olunmasında maraqlıdır. Planlarımız, görəcəyimiz işlər çoxdur. Mərkəzin prezidenti kimi, ABŞ-da yaşayan azərbaycanlıları, yəhudi əsilli iranlıları təşkilata cəlb etməklə, üzvü olduğum “100 VİP” klubu ilə əməkdaşlıq etməklə Azərbaycan mədəniyyətinin Amerikada təbliği istiqamətində böyük işlər görəcəyik. Mən Konqresdə Xocalı qurbanlarının adından danışacaq və orada Qarabağın səsi olacağam.

5

2

3

Disapora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

11 İyul 2016

By
@
backtotop