5 ölkədən Ermənistanın lavaş iddiasına qarşı ETİRAZ

Ermənistanın lavaşı “Ermənistanda lavaş” adı altında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına saldırmasına Azərbaycan və daha 4 ölkə etiraz edib.

Diaspora.az-ın xəbərinə görə barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan lavaşla bağlı birlikdə sənəd hazırlayaraq, Ermənistana etiraz əlaməti kimi UNESCO-ya təqdim edib.

UNESCO-nun beş ölkə tərəfindən hazırlanan sənədlə əlaqədar qərar verəcəyi tarix və yer də bəlli olub.

Belə ki, müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-si tarixləri arasında Efiopiada YUNESKO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitsəsinin 11-ci Toplantısında qəbul ediləcək.

Qeyd edək ki, BMT-nin bu qurumu lavaşı “Erməni çörəyi” kimi qeydiyyatdan keçirib. Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və İranın birgə müraciətində bunun ermənilərə aidiyyəti olmadığı vurğulanıb.

Türkiyə və Azərbaycanın etirazlarından sonra Ermənistan sənədin adını “Ermənistanda lavaş” olaraq dəyişdirib. Azərbaycan və digər 4 ölkənin hazırladığı birgə sənəddə isə lavaşın bu coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi olduğu bildirilib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

09 İyul 2016

By
@
backtotop