14 yaşlı Diasporla İş üzrə Dövlət Komitəsi-TƏBRİK

Bu gün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 14 il ötür.

Diaspora.az-ın xəbərinə görə, 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı.

Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olub.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verib.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi bu gün xaricdə yaşayan azərbaycanlılıarn şəbəkələnməsində, həmrəyliyində, bir ideya və amal, AZƏRBAYCANÇILIQ ideyası ətrafıdna birləşməsində müstəsna rol oyanır.

Diaspora.az kolletivi olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin 14 yaşı münasibətilə komitənin sədri hörmətli cənab Nazim İbrahimov başda olmaqla bütün əməkdaşlarınmı səmimi qəlbdən təbrik edirik !

Onlara bundan sonrakı işlərində yeni uğurlar və müvvəfəqiyətlər azrulayırıq !

 

 

Nail ƏHMƏD