Ukrayna Azərbaycanlıları Alimlər Şurasının rəhbəri: Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirakımızı gücləndirməliyik

Diaspora.az saytı sizlərə “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının rəhbəri, hüquq elmləri doktoru, professor Arif Quliyevin müsahibəsini təqdim edir.

Arif bəy Ukraynadakı diasporumuzun fəaliyyəti və  IV Qurultayla bağlı fikirlərinizi  bölüşərdiniz bizimlə.

Dünya Azərbaycanlılarının IV Qurultayı, Prezident İlham Əliyevin qurultayın açılışındakı nitqi Azərbaycanın milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığının qorunub saxlanılması, diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərinin inkişafı sahəsində mühüm “Azərbaycan–Diaspor-Azərbaycan” proqramını hazırladı. Bu sahədə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər inkişafa doğru addımların ifadəsi olmaqla, ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyasının, Dünya Azərbaycanlılarının I Qurultayında onun söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” ifadəsinin həyati əhəmiyyətini, yeni amillərlə tam bağlılığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevin “Mən hər bir Azərbaycanlının Prezidentiyəm” sözləri Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçılarının yekdilliyi ilə sanki qurultayın devizinə çevrildi. Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin bu günün reallıqları çərçivəsində inkişafının ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında mühüm rol oynayacağı təsdiqləndi.

“Bu barədə fikirlərimi qurultayın “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusunda keçirilən panel iclasındakı çıxışımda da söylədim. Bu günün hüquqi və siyasi reallıqları göstərir ki, hər bir ölkədə diaspor təşkilatlarının fəaliyyəti, soydaşlarımızın ictimai-siyasi həyatda iştirakı üçün mövcud olan vəziyyət və qarşıda duran problemlərlə bağlı müvafiq tədbirlər görülməlidir. Heç vaxt unutmamalıyıq ki, Azərbaycanın milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığının qorunub saxlanılması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir”, – deyə A.Quliyev bildirib.

Qeyd edilib ki, Azərbaycan diasporunun yaşadığı ölkələrdə ictimai etimadının gücləndirilməsi, yerli ictimai mühit və siyasi münasibətlər sistemində qarşılaşdığı maneələrin dəf edilməsi yollarının müəyyənləşdirilməsi, cəmiyyətə inteqrasiyasının və siyasi fəallığının artırılması üçün vahid konsepsiyanın hazırlanması da bu gün mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanın diaspor təşkilatlarının dövlət və xalq qarşısında hesabat vermələri çox vacib olardı. Diaspor təşkilatının fəaliyyəti həm də diaspor təşkilatlarının vahid amalı ətrafında sıx birləşərək “Azərbaycan–Diaspor-Azərbaycan” əlaqələrinin sıx fəaliyyət mexanizminin formalaşdırılmasının vacibliyinə yönəldilməlidir.

Vurğulanıb ki, diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn prosesdə daha fəal iştiraklarını təmin etməkdir. Vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin bu gün diasporumuzun fəaliyyətində mühüm rol oynamaları tarixi həqiqət siyasəti kimi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, bunun diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində önəmli addım olduğunu təsdiqləyir. Qurultayda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu və informasiya üstünlüyünün önəmliliyi, xarici ölkələrdə yaşayan həmvətənlərimizin həmin ölkələrin icraedici və qanunverici orqanlarında təmsil olunmalarının zəruriliyi diqqətə çatdırılıb. Biz bu vəzifələri ən yüksək səviyyədə yerinə yetirməliyik. Dünya Azərbaycanlarının IV Qurultayı bir daha təsdiqlədi ki, xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan ilə əlaqələrinin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq bu gün dünya ölkələrində siyasətçilər, alimlər, sadə vətəndaşlar Azərbaycanla bağlı həqiqətləri birmənalı qəbul edib inanırlar. Bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik. Azərbaycan haqqında deyilən qeyri-obyektiv fikirlərə həmin ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə cavablar verilməsi, Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdə lobbiçilik fəaliyyətinin genişləndirilməsi kimi məsələlərə diqqət yetirməliyik.

Diaspor fəaliyyətinin ən başlıca vəzifələrindən biri tarixi Vətənlə bağlı həqiqətləri yaşadığımız ölkələrdə yaymaqdır. Adətən bir millət başqasının dərdi ilə o qədər çox maraqlanmır, bəzən də baş verənlərə düzgün və ya birmənalı qiymət verməkdə çətinlik çəkir. Ona görə də çalışmalıyıq ki, həm problemlərimiz, həm uğurlarımız barədə daha çox insan məlumatlı olsun, ölkəmizlə bağlı həqiqətləri daha geniş miqyasda yayaq.

Arif Quliyev xatırladıb ki, qurultay ərəfəsində Azərbaycan Prezidentinin sərəncamları ilə bir qrup diaspor fəalı təltif edildi. O, deyib ki, bu, Azərbaycan Prezidentinin diaspor təşkilatlarına diqqət və qayğısının bariz nümunələrindəndir. Biz dövlətimizin, xüsusilə Prezidentimizin bu etimadını daha səmərəli fəaliyyətimizlə doğrultmalıyıq.

“Qurultay bir daha təsdiqlədi ki, dünya azərbaycanlılarının birliyinin daha da güclənməsi, koordinasiyanın möhkəmlənməsi istiqamətində əhəmiyyətli işlər görülüb”,

– deyə A.Quliyev qeyd edib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

01 İyul 2016

By
@
backtotop