“Dünya Azərbaycanlılarının 4-cü qurultayı öz işinə başladı.

Diaspora.az saytı xəbər verir ki , 3-4 iyun tarixində Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir.Heydər Əliyev Mərkəzində keçirilən Qurultay ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb,daha sonra Ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Qurultayda açılış eden prezident İlham Əliyev , Azərbaycan diasporunun inkişafı haqqında nitq söyləyib. Daha sonra qurultay gənclər ,informasiya müharibəsi və sairə mövzularda panel müzakirəsi ilə davam etdiriləcək. Axşam isə Qurultay iştirakçıları Gülüstan sarayında şam yeməyi nəzərdə tutulub. Qeyd edək ki dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak edəcək.

03 İyun 2016

By
@
backtotop