Kiprin Doğu Akdəniz Universitetində 28 May Respublika Günü qeyd olunub

Şimali Kipr Türk Respublikasının Mağusa şəhərində dəniz sahilində yerləşən “EMU Beach club”-da Azərbaycanlı tələbələr Respubublika gününü qeyd etdilər.

Azərbaycan-Kipr Gənclər Təşkilatı və Azərbaycan Tələbə Cəmiyyətinin təşkil etdiyi Azərbaycan gecəsində mühüm məqamlarıyla unutulmaz anlar yaşandı.

“AİYA”Azərbaycan Gənclərinin Beynəlxalq Alyansı-nın idarə heyyətinin üzvü Rəşad Bədirli Şimali Kipr Türk Respublikasından xəbər veririr ki, baş tutan tədbirdə Şimali Kipr Türk Respublikasının Lefkoşa(Nicosia) millət vəkili Zorlu Töre, Doğu Akdeniz Universiteti tanıtım işlərindən məsul Rektor köməkçisi Prof.Dr. Hasan Amca, İranlı Tələbələrin Elmi və Mədəni Assosasiyasının prezidenti Abolfazl Dehghan, Kiprdəki universtetlərdə işləyən Azərbaycanlı müəllimlər və eyni zamanda Kiprin digər universtetlərində təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak etmişlər.

Azərbaycan və Türkiyə himnlərindən sonra, Azərbaycanla bağlı olan tanıtım video çarxı və Formula 1 –in Azərbaycan da keçiriləcəyi ilə bağlı video çarx, Aərbaycan prezidenti təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, eyni zamanda Azərbaycan-Kipr Gənclər Təşkilatının üzvü olan Raul Diniyevin təqdimatında türk dünyasını birliyə səsləyən çıxışla tədbir açıq elan olundu. Açılışda Raul Diniyevin söylədiyi şeir sədaları altında türklüyün simvolu olan Dombra mahnısı, eyni zamanda türk dövlətərinin bayraqları göstərildi. Toğrul Abbasov çıxışı zamanı Azərbaycan Respublika günü ilə bağlı xalqımızı təbrik etdi və bu günün detallarını hərkəslə paylaşdı. Azərbaycan-Kipr Gənclər Təşkilatının sədri Toğrul Abbasov çıxışı zamanı AKGT-nin 6 fəal gənc tərəfindən yaradıldığını vurğulayaraq bugün təşkilat ətrafına birçox fəal və istedadlı gəncləri yığdığını dedi. Təşkilatın idarə heyyətində olan bütün dostlara əməklərindən və əziyyətlərindən dolayı təşəkkürünü bildirdi.

Lefkoşa millət vəkili Zorlu Törə çıxışı zamanı Bəxtiyar Vahabzadənin şeirindən bir bənd deyərək Azərbaycanı təbrik etdi. Azərbaycan Bayrağının bir gün Qarabağda asılacağını və Şuşada,Laçında,Qubadlıda və işğal olunmuş digər şəhərlərdə bayramı birlikdə mütləq qeyd edeceyimizi vurğuladı. Digər qonaqlarda çıxışlarında bugünün önəmindən danışdılar.

Tədbirin gedişat birçox Azərbaycan milli rəqsləri və mahnıları ilə davam etdi. Eyni zamanda digər ölkə təşkilatlarındanda bir neçə mahnılar təqdim olundu.

Azərbaycan-Kipr Gənclər Təşkilatı tərəfindən rəsmi qonaqlara plaketlər təqdim olundu. Eyni zamanda Azərbaycan-Kipr Gənclər Təşkilatının idarə heyyətinin üzvlərinə Doğu Akdəniz Universtetinin Rektor köməkçisi Prof. Dr. Hasan Amca tərəfindən plaketlər və sertifikatlar verildi.

Azərbaycandan Şimali Kipr Türk Respublikasına bayramı tələbələrlə birlikdə qeyd etməyə gələn supriz qonaq Lalə Məmmədova öz mahnılarıyla səhnədə çıxış etdi. Azərbaycanlılarla xoş anlar keçirdən Lalə Məmmədova çox razı qaldığını və burada oxuyan gənclərə fəxr etdiyini dedi. Burada olmağına çox şad olduğunu deyərək gecə Azərbaycanlı tələbələrın yallı oynamasıyla sonlandı.

01 İyun 2016

By
@
backtotop