Nyu-Yorkdakı Azərbaycan cəmiyətləri Türk Günü YÜRÜŞÜNDƏ

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 35-ci Türk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Diaspora.az-a verilən məlumata görə, Amerikadakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın, Türk Amerikan Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak edib.

Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk  bayraqlarını dalğalandırıblar.

Manhettendə, Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.

Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü Yürüşü Türk Amerikan cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.

220516-1 turk yurusu

13230181_10204971262875822_1557344832532580933_n(1)

Diaspora.az

28 May 2016

By
@
backtotop