Moskvada Bakı “Formula-1”-nə dəstək AKSİYASI KEÇİRİLİB

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinin təbliğinə dəstək məqsədi ilə Moskvada “Azərbaycanlı Gənclərin Kuboku” adlı kartinq yarışı təşkil olunub.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Diaspora.az-a verilən məlumata görə, yarış Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə baş tutub.

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Toğrul Allahverdili Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini qeyd edib. O bildirib ki, “Formula-1” yarışları ölkəmizin dünya arenasında tanınmasına və turizimin inkişafına öz töhfəsini verəcək.

Daha sonra kartinq yarışına start verilib. Üç mərhələdə keçən yarışda səkkiz komanda birincilik uğrunda mübarizə aparıb. Yarışın qalibi Moskva Dövlət Hüquq Akademiyasının komandası olub. İkinci və üçüncü yerləri isə “Tri –Medved” və “Fond RVAK” komandaları paylaşıb. Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.

Diaspora.az

24 May 2016

By
@
backtotop