Ərəb Liqasının Baş katibi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinə ÜZV SEÇİLİB

Ərəb Liqasının sabiq Baş katibi və Misirin keçmiş xarici işlər naziri Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinə üzv seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini və özünün orada iştirakını yüksək dəyərləndirən Əmr Musa bildirib ki, bütün dünyada bir sıra qlobal problemlərin yaşandığı indiki dövrdə daim tolerantlığı, dialoqu və anlaşmanı təbliğ edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzlu İdarə Heyətinə qoşulmaq şərəfdir.

Əmr Musa ərəb dünyasının siyasi həyatında faəliyyət göstərən ən nüfuzlu simalardan biri sayılır. O, Misir Ərəb Respublikasının BMT, Hindistan və İsveçrədəki səfiri olub, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri vəzifələrində çalışıb, Livan vətəndaş müharibəsinin dayandırılmasında önəmli rol oynayıb. 2001-2011-ci illərdə isə Ərəb Liqasına rəhbərlik edən Əmr Musa Misir Prezidentliyinə namizəd olub, 2013-cü ildə Misirin yeni konstitusiyasının yazan 50 nəfərlik komitəyə rəhbərlik edib.

 

Diaspora.az