Diaspora rəhbəri miqrant probleminin həllində dair TƏKLİFLƏR VERİB

Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Samira Patzer-İsmailova AlmaniyanınŞimali Reyn Vestfalen əyalətinin Parlamentində Almaniyanın aparıcı partiyası olan Xristian Demokratik Partiyası fraksiyasının sədr müavini Robert Esler və fraksiyanın üzvü Serap Gülerlə görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, əyalətin mərkəzi Düsseldorf şəhərində baş tutan görüşdə multikulturalizm, Avropadakı miqrant problemi, habelə AAK-la əməkdaşlıq məsələləri müzakirə edilib.

Avropa məkanında miqrasiya  və qaçqın axını, terror və milliyyətçi qüvvələrin fəallığı nəticəsində yaranan bir sıra siyasi, sosial problemlərdən danışan görüş iştirakçıları ölkədə yeni inteqrasiya siyasətinə ehtiyac olduğunu bildiriliblər. Bu siyasətin mədəniyyətlərarası dialoq yolu ilə həyata keçirilməsinin səmərəliliyinivurğulayan Samira Patzer-İsmailova parlament üzvlərinə Azərbaycanın bir çox məsələlərdə nümunə ola biləcəyindən danışıb. O qeyd edib ki, Azərbaycan zəngin mədəni irsə və müasir incəsənətə malik olmaqla yanaşı, multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası dialoq mövzularında aparıçı rol oynayan ölkələrdən biridir.

Diaspor rəhbərinin fikrincə,Azərbaycana məxsus Şərq qadınının emansipasiyası,  müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin birgə sülh şəraitində yaşaması, əcnəbilərə qarşı tolerantlıq – yüksək səviyyəli qonaqpərvərlik kimi xüsusiyyətlər Avropaya məhz  şərq ölkələrindən gələn miqrantlar üçün örnək ola bilər və bu sahədə  “Azərbaycan modeli”nin təcrübəsindən yararlanmaq fayda verər:

“Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn Vestfalenin  əhalisinin dörddə bir hissəsini miqrantlar təşkil edir və məhz bu əyalətdə xarici mənşəli vətəndaşların sosial, mədəni proseslərdə iştirakı regionun müsbət inkişafına zəmin yarada bilər”.

Görüşdə AAK rəhbəri S.Patzer-İsmailova müzakirə olunan məsələlərə dair bir neçə konkret təkliflə çıxış edib. Görüşdə həmçinin yaxın gələcəkdə əyalətdə keçiriləcək mədəniyyətlərarası dialoq layihələrində AAK-ın da iştirak imkanları müzakirə edilib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

23 May 2016

By
@
backtotop