Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi MÜZAKİRƏ OLUNUB

 Yaponiyanın “World Investors TV” internet televiziyasının növbəti canlı yayımıErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Proqarmın  qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim, əslən azərbaycanlı Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının rəhbəri, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycan həqiqətləri haqqında yapon tamaşaçılara geniş məlumat veriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, canlı efirdə aparıcının suallarını cavablandıran qonaqlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, Azərbaycan torpaqlarının işğal edilməsi, azərbaycanlıarıan bu ərazilərdən qovulması barədə ətraflı danışıblar.

Əlibəy Məmmədov və Xəlil KələntərAzərbaycana qarşı Ermənistanın işğalçı siyasətini və bu siyasəti dəstəkləyən bəzi dövlətlərin mövqeyini pisləyiblər. Azərbaycan torpaqlarınınboşaldılmasına dair BMT-nin qətnamələrini xatırladan soydaşlarımız Ermənistanhakimiyyətininbuna məhəl qoymadığını, beynəlxalq hüquqa hörmətsizlik, saymazlıq etdiyini vurğulayıblar.

Əlibəy Məmmədov və Xəlil Kələntər dünya ictimaiyyətini Ermənistana qarşı ciddi tədbirlər görməyə, doğma yurdundan didərgin düşmüş bir milyonadək azərbaycanlının öz torpağına geri qayıtması üçün konkret addımlar atmağa çağırıb.

Verilişdə XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqrımı da diqqət mərkəzində saxlanılıb və yapon tamaşaçılara bu barədə geniş məlumat verilib.

Proqramda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 rayonun xəritəsi, eyni zamanda Ermənistanın işğalı altında olan və xarabalığa çevrilmiş Azərbaycan şəhərlərininvideogörüntüləri yerli tamaşaçılara təqdim edilib.

Müsahibədə aparıcının sualına cavab olaraq 2016-ci ilin aprel ayında yaşanan və“4 günlük müharibə” adı ilə tarixə düşən hadisələr barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki əhalisini hədəfə alan Ermənistanın işğalçı qüvvələrinə adekvat cavab verilib və döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəklikləri, kəndləri düşməndən azad edib.

Diaspora.az

19 May 2016

By
@
backtotop