Azərbaycan səfiri Çexiyada səslənən islamofob bəyanatlara ETİRAZ ETDİ

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çexiya parlamentinin Deputatlar Palatasının xarici işlər komitəsinin himayəsi altında təşkil edilmiş “Biz İslamdan qorxmalıyıqmı?” adlı konfransda iştirak edib.

Səfirlikdən Diaspora.az-a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Avropada müsəlman icmalarının problemlərinin müzakirəsi və həll yollarının tapılması ideyası olsa da, bəzi iştirakçılar islamafob xarakterli çıxışlar edib.

Çexiyalı natiqLərdən biri çıxışında İslamın nasist ideologiyasına bənzər ideologiya olduğunu və terrora bərabər tutulduğunu qeyd edərək, İslamın məhv edilməsinə çağırış edib.

Sözügedən nifrət dolu və ksenofobiya xarakterli fikirlərə cavab olaraq, Azərbaycanın və Türkiyənin Çexiyadakı səfirləri etiraz çıxışları ediblər. Səfir F. Şəfiyev söz azadlığı ilə bir araya sığmayan, nifrətə əsaslanan çıxışların səsləndirilməsinə yol verdiklərinə görə konfransın təşkilatçılarını və iştirakçılarını kəskin tənqid edib.

O, xüsusilə İslam dini adından törədilən terror aktlarının İslamla eyniləşdirilməsinin yalnış olduğunu qeyd etməklə bərabər, tədbir iştirakçılarının diqqətini erməni təşkilatlarına və ya qruplaşmalarına aid terrorçuların Türkiyə və Azərbaycanda törətdikləri terror aktlarına cəlb edib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

19 May 2016

By
@
backtotop