Azərbaycanlı hüquqşünas ABŞ-da hakim seçildi-İLK DƏFƏ-FOTOLAR

ABŞ-da yaşayan azərbaycanlı Rövşən Şərifov ABŞ-da Nyu-York məhkəməsinə hakim seçilib.

Diaspora.az-ın xəbərinə görə, bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.

Hüquqşünas Aslan İsmayılov Rövşən Şərifovu təbrik edərək onun bundan sonra daha da böyük uğurlara imza atacağına inandığnı söyləyib:

“ABŞ-da yaşayan azərbaycanlı həmkarım Rövşən Şərifovun Nyu York məhkəməsinə hakim seçilməsi münasibətilə təbrik edirəm. Rövşəni uzun illərdir şəxsən tanıdığımdan onun daha böyük uğurlara imza atacağına əminəm”.

Rövşən Şərifov Bakı Dövlət Universiteti Hüquq fakültəsinin məzunudur. O, ötən əsrin 90-cı illərində Azərbaycanı tərk edib və Nyu-Yorkda məskunlaşıb. Orada bir çox iri şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərib. O, həm də uzun müddət Manxetten prokurorluğunda işləyib.

Rövşən Şərifov bundan öncə Nyu-York Baş prokuroru Elliot Spitzerin Nyu-York Dövlət ofisində hüquq kargüzarı vəzifəsində çalışıb. Şərifov həmçinin Bruklində, Kings County rayon prokuroru ofisində təcrübədə olub.

Rövşən Şərifov Azərbaycan tarixində Amerikada hakim seçilən ilk azərbaycanlıdır.
10400630_1103027298585_6709_n
947131_10201167083961889_1276784459_n
60261_1623472589392_3443304_n
61513_1623454588942_4540134_n
Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

19 May 2016

By
@
backtotop