Obama ilə görüşəcək ilk azərbaycanlı həkim: “Çıxışımı Qarabağla əlaqələndirəcəm” – MÜSAHİBƏ

Dünyanın ən məhşur beynəlxalq proqramlarından biri olan Elm və Texnologiya üzrə Qlobal Sammitdə (2016 GİSTİ) bu il Azərbaycanı “Hippokrat” Tibb Mərkəzinin icraçı direktoru Leyla Tağızadə təmsil edir.

ABŞ Dövlət Departamenti və Amerika Elmə Dəstək Assosiasiyası (AAAS) tərəfindən hər il keçirilən müsabiqədə artıq həmyerlimiz final mərhələsinə keçə bilib.

Dünyanın nüfuzlu layihəsində Azərbaycanı “HealthBox” layihəsi ilə təmsil edən Leyla Tağızadə Modern.az saytının suallarını cavablandırıb.

Diaspora.az saytı müsahibəni təqdim edir.

-Leyla xanım, ABŞ-da keçirilən Elm və Texnologiya üzrə Qlobal Sammitdə (2016 GİSTİ) iştirak edərək, yarışmanın final mərhələsinə çıxmısınız. Necə oldu ki, sizin layihəniz belə nüfuzlu bir yarışmada finala çıxa bildi? 

-Elm və Texnologiya üzrə Qlobal Sammit ABŞ Dövlət Departamenti və Amerika Elmə Dəstək Assosiasiyası (AAAS) tərəfindən hər il müsabiqə keçirilir. Yəni bu proqramda hər kəs öz layihəsini fərdi şəkildə irəli sürməklə sammitdə iştirak edə bilər.

Müəllifi olduğum “HealthBox” adlı layihəmiz 135 ölkədən 1075 ərizə arasından beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, final mərhələsinə vəsiqə qazandı.

Finala Azərbaycandan başqa 24 ölkə keçə bildi. Bütün finalçılar bu il iyun ayının 20-24 arası Stendford Universitetində gördüyü işlər haqqında təqdimat edəcəklər.

Ümumiyyətlə, sizin bu yarışmaya qatılmanız necə baş verdi?

-Ərizələri onlayn şəkildə göndərdik. Bunun üçün müsabiqənin saytında ( gistnework.org) layihə haqqında qısa icmal və videotəqdimat hazırlamaq lazımdır. Biz də yarışmanın qeydiyyat üçün nəzərdə tutulmuş prosedur qaydalarına əməl edərək, müsabiqəyə qatıldıq.

– ABŞ prezidenti Barak Obama ilə də görüşünüz olacaqmı ? 

-Bəli, mən layihə iştirakçısı və finalçısı kimi Brak Obama ilə görüşəcəm. Prezident  Obama hər il GİSTİ sammitinin açılışını şəxsən özü elan edir.

Finala çıxmış nümayəndələr sammitdə ABŞ prezidenti və onun administrasiyası, müxtəlif dövlət adamları, alimlər, investorlar və ixracatçılar ilə görüş imkanı verən sessiyalarda iştirak edəcəklər.

-Sizə qədər Azərbaycandan bu yarışmaya qatılan olubmu?

– Mən Azərbaycandan bu yarışmaya qatılan ikinci şəxs və ilk azərbaycanlı qadınam. Ötən il GİSTİ 2015 Sammitində Rəşid Əliyev yarışmaya “Beth Clip” layihəsi ilə qatılmışdı.

-Yarışmanın gələcək karyeranızda nə kimi əhəmiyyəti olacaq ?

-Bu müsabiqə hər bir iştirakçı üçün çoxlu imkanlar açır. İlk növbədə bu layihə əvəzedilməz beynəlxalq təcrübədir. İkincisi, Azərbaycan və Dağlıq Qarabağ problemi haqqında nüfuzlu ictimaiyyətə həqiqəti bir daha çatdırmaq fürsətidir.

Bu proqram xəstələrə, öz sağlamlıqları ilə əlaqədar məlumatları, bilavasitə tibb müəssisə və apteklərə göndərməyə imkan verən mobil tətbiqdir.

Layihəmiz müharibə zonasında olan əhalinin tibbi xidmətlərə əlcatanlığını yüksəldən və mobil şəkildə tətbiq olduğundan, mütləq öz çıxışımı Qarabağ problemi ilə əlaqələndirəcəm.

Üçüncüsü, layihəmizin sürətləndirilməsi üçün investorlar cəlb etmək imkanı verə biləcək bir əhəmiyyəti də var. Yəni bu yarış və layihə qlobal bazara çıxmaq üçün əlaqələrin qurulmasında əvəzedilməz bir şansdır.

-Bəs Ermənistan təmsilçiləri finala çıxa bildilərmi ?

-Bəli, ermənilər də finala çıxdılar. Müsabiqə də Kaliforniyada keçiriləcək. Nəhəng Kaliforniya lobbiçiləri hər zaman ermənilərin arxasında durub.

Səsvermə zamanı Azərbaycandan sizə kömək gəldi? Bəs Amerikadakı diaspor təşkilatlarımız sizə dəstək oldularmı ?

– Bəli, təbii ki, Azərbaycandan və azərbaycanlılardan bizə dəstək oldu. 9776 səslə 10-cu yerdə idik.

Amma Amerikadakı diaspor təşkilatlarından bizə heç bir kömək gəlmədi. US Azeris Network (USAN) diaspor təşkilatına şəxsən özüm müraciət etdim. Amma nədənsə onlardan heç bir səs çıxmadı. Onların bizə nəyə görə dəstək olmamalarının səbəbini bilmirəm.

Belə nüfuzlu tədbirlərdə Azərbaycanı təmsil edən layihələrə nazirliklər, Azərbaycanın ABŞ-dakı səfirlik və konsulluqları tərəfindən informasiya dəstəyi olsa, daha çox nəticə əldə edə bilərik.

Qeyri-neft və yüksək texnologiyalar sektorunun inkişafı prezident İlham Əliyevin yaxın gələcək siyasətində təməl istiqamətlərindən biridir.

-Sonda finalçılara hansısa mükafat veriləcəkmi?

-Finalda hər layihəni aid olduğu sahənin münsif heyəti qiymətləndirir və müxtəlif nominasiyalar üzrə mükafata layiq görülür. Təbii ki, bu dəfə də finalçılar layiqincə qiymətləndiriləcək.

-Bu proqramdan başqa, daha hansı beynəlxalq layihələrdə iştirak etməyi planlaşdırısınız?

Bir neçə proqrama ərizə vermişik və nəticələrini gözləyirik . Global Entrepreneurship Network və Home Global Good Fund (http://www.globalgoodfund.org/) layihələrində qeydiyyatdan keçmişik.

13064510_10201737595639365_7705466293000133291_o

12314144_10201192629415550_4938311618556616241_o

10661863_4721181045208_3250712691112387425_o

12314221_10201192628055516_1007902149033104535_o

Diaspora.az

17 May 2016

By
@
backtotop