Gürcüstanda azərbaycanlılar separatçı ermənilərə görə ölkə rəhbərliyinə ÇAĞIRIŞ EDİBLƏR

Gürcüstan azərbaycanlıları adından ölkə prezidentinə və baş nazirə müraciət ünvanlanıb.

Diaspora.az-ın məlumatına görə, APA-nın Gürcüstan bürosunun məlumatına görə, QHT rəhbərlərinin imzaladığı müraciət Gürcüstanda erməni separatçılığının təbliğ olunmasına etiraz məqsədi daşıyır.

Sənəddə deyilir: “Aprelin 23-24-də Gürcüstanın Axalkalaki, Axaltsixe və  Batumi bölgələrində qondarma “Artsax” və “Kürdüstan” bayraqları, mayın 9-da isə Tiflisin mərkəzində yenə Dağlıq Qarabağ separatçılarının bayraqları və digər simvolları qaldırılıb. Mayın 9-da Gürcüstan vətəndaşı olan bir qrup erməni Qələbə Günü əvəzinə, Azərbaycanın Şuşa şəhərinin işğal gününü qeyd edib. Gürcüstan hökuməti dəfələrlə bəyan edib ki, ölkədə separatizmə hər hansı dəstək verilmir və şərait yaradılmır. Buna baxmayaraq, Gürcüstanda daxilindəki ekstremist qüvvələrin hərəkətləri cavabsız qalır”.

Müraciətdə qeyd olunub ki, hakimiyyət orqanları bu üzdəniraq hərəkətlərə göz yumur və heç bir ölçü götürmür: “Nə üçün separatizmdən əziyyət çəkən Gürcüstan ölkənin paytaxtında belə simvolların yayılmasına imkan yaradır?! Bu, həm Gürcüstan dövlətinə, həm də dost Azərbaycana hörmətsizlikdir. Əgər indi bu ekstremist qüvvələrə qarşı ölçü götürülməsə, həmin qüvvələr Gürcüstanda öz mövqelərini daha da gücləndirəcəklər. Bu addımlar Gürcüstan xalqının marağında deyil və Gürcüstan dövlətçiliyini təhlükə altında qoyur”.

Müraciət müəllifləri prezidentdən və baş nazirdən separatçı addımlara qarşı ölçü götürülməsini istəyiblər.

3cb6491be890a3459b5342a20d0e4c91

52efaadedd13a487c3152caaabc77e44 e6305ed53a243d5a1baf5f07f8c7f6cb

Diaspora.az

17 May 2016

By
@
backtotop