Britaniya televiziyasında Qarabağ atlarıdan reportaj YAYIMLANIB

11-15 may tarixlərində Kral Vindzor At Şousunda iştirak etmiş 15 Qarabağ atı haqqında reportaj Böyük Britaniyanın İTV kanalında yayımlanıb.

Diaspora.az-ın xəbərinə görə, reportaj ITV kanalının təxminən 700 min izləyicisi olan “Sabahın Xeyir Britaniya” adlı populyar əyləncəli-informasiya verilişinin hava xəbərlərinin aparıcısı və at çaparı Laura Tobinin təqdimatında verilib.

Qarabağ atlarının Kral Vindzor At Şousunda iştirakı Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə baş tutub.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter İTV kanalına müsahibə verib. O, Azərbaycan və Qarabağ atlarının Vindzor Şousunda iştirakının təmin edilməsi barədə danışıb:

“Qarabağ atları öz sürəti, dözümlülüyü və çevikliyi ilə məşhurdur. Onlar sadəcə, şou üçün olan heyvanlar deyil, həmçinin gündəlik istifadəyə də yararlıdır. Onlarla məşq etmək olur. Qarabağ atları polonun Azərbaycan versiyası olan çovqan oyununda iştirak etmək üçün də kifayət qədər cəld və sərtdir”.

L. Zetter daha sonra məlumat verib ki, TEAS yalnız atların deyil, həmçinin rəqqaslar qrupunun Bakıdan Vindzora gəlməsini təmin etmək üçün ARAF və Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə çalışıb. TEAS mədəniyyət pavilyonu da təşkil edib. Burada Azərbaycan milli geyimləri sərgilənib və Azərbaycanın unikal topoqrafiyasını göstərən videolar nümayiş etdirilib. Yüzlərlə qonağa Azərbaycanın təravətləndirici limonlu çayı və paxlavası canlı muğam musiqisi sədaları altında təqdim olunub.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

14 May 2016

By
@
backtotop