ABŞ Konqresinin Azərbaycan işçi qrupunun həmsədri Stiv Koen müasir İpək Yolundan YAZDI

ABŞ Konqresində Azərbaycan işçi qrupunun həmsədri Stiv Koen ABŞ-ın tanınmış xəbər mənbələrindən olan USNews-da dərc etdirdiyi məqalədə bu ölkənin rəsmi dairələrini Qafqaz və Mərkəzi Asiyadan keçməklə, Avropa və Asiya arasında müasir İpək Yolunu təmin edəcək “Trans-Xəzər Şərq-Qərb Nəqliyyat və Tranzit Dəhlizi”ninin inşasına fəal  surətdə dəstək vərməyə çağırıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Diaspora.az-a verilən məlumata görə, yazıda konqresmen Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin regional ticarət və tranzit daşımalarının inkişaf etdirilməsi məqsədilə səylərini birləşdirdiyi və bunun gələcəkdə regionu biznes və yatırımlar üçün cəlbedici edəcəyini qeyd edib.

Stiv Koen bu yazısında eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq, Azərbaycanı ölkəsinin dəyərli müttəfiqi kimi xarakterizə edib və onlar arasında mövcud çoxşaxəli əməkdaşlıqdan söz açıb. Məqalə Qərb dairələrində müasir İpək Yolu, xüsusilə Trans-Xəzər Şərq-Qərb Nəqliyyat və Tranzit Dəhlizinə artan marağın növbəti nümayişidir.

Xatırlatmaq lazımdır ki, yalnız bir neçə həftə öncə, 28-29 aprel tarixlərində Vaşinqtonda, ABŞ-ın tanınmış elm və təhsil müəssisələrindən olan Cons Hopkins Universitetində Azərbaycan tərəfinin təşəbbüsü və Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı Səfirlikləri ilə birgə Trans- Xəzər Dəhlizinə həsr olunmuş geniş konfrans təşkil edilib.

Stiv Koenin məqaləsinin tam mətni ilə növbəti internet səhifəsində tanış olmaq mümkündür:

http://www.usnews.com/opinion/articles/2016-05-13/the-us-must-participate-in-central-eurasias-modern-silk-road

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

14 May 2016

By
@
backtotop