Heydər Əliyevin portretlərini çəkən gənc rəssam: “Arzum Rəssamlıq Akademiyasına qəbul olmaqdır”

Gənc olmasına baxmayaraq, dünyanın bir çox ölkələrində əsərləri nümayiş etdirilən rəssam Ləman Aslanovanın Ulu Öndərlə bağlı çəkdiyi rəsmlər görənləri heyrətləndirir

Azərbaycanın rəssamlıq sənəti tarixində öz imzası ilə tanınan istedadlı rəssamlarımız yetərincədir. Onların əsərləri nəinki ölkəmizdə, xaricdə də müxtəlif sərgilərdə nümayiş etdirilir. Belə istedad sahiblərindən biri də Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin XI sinif şagirdi Ləman Aslanovadır.

Ləman xanımın Ulu Öndər Heydər Əliyevlə bağlı çəkdiyi rəsmlər isə daha diqqətə çəkəndir. Gənc rəssamın əsərlərindən bir qismini oxucularımıza təqdim edirik.

Ləman Aslanovanın bir neçə rəsm əsəri Fransa, Çexiya, Rusiya, Ukrayna, Yaponiya və digər ölkələrdə yüksək mükafata layiq görülüb və diplomlarla mükafatlandırılıb. “Bayrağımız qürur mənbəyimizdir,” “Mən musiqi çəkirəm”, “Norveç incəsənət gimnaziyası şagirdlərinin gözü ilə”, “İstedadlı uşaqlar festivalı-2013”, “Dekorativ tətbiqi sənət”, “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” adlı rəsm müsabiqələrində qalib olub və diplomlarla mükafatlandırılıb.

Qeyri-adi istedad sahibi olan Ləman Aslanova puantilizm üslubunda işləyir. O, ümumiyyətlə, düşündürücü rəsmlər çəkməyi xoşlayır. “Uşaqlar və müharibə”, “Xocalı soyqırımı”, “Xocalı harayı” kimi vətənpərvərlik mövzusunda çəkdiyi rəsmlər onun böyük istedad sahibi olduğuna bariz nümunədir.

Ulu Öndər Heydər Əliyevin portretlərini sevə-sevə çəkdiyini bildirən gənc rəssam arzusunu da dilə gətirib. Ləman Aslanovanın ən böyük arzusu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olmaqdır.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

10 May 2016

By
@
backtotop