Polad Bülbüloğlu Rusiyadakı əcnəbi tələbələrin VI Ümumrusiya Qurultayında İŞTİRAK EDİB

Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Əcnəbi Tələbər Assosiasiyasının dəvəti ilə burada təhsil alan xarici tələbələrin VI Ümumrusiya Qurultayında iştirak edib.

Diaspora.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Federasiyasının Təhsil və Elm, Xarici İşlər nazirliklərinin, MDB işləri, xaricdə yaşayan həmvətənlilər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Polad Bülbüloğlu Rusiyanın dünya elm və mədəniyyətinin liderlərindən biri olduğunu, bu ölkənin ali təhsil ocaqlarının məzunlarının böyük hissəsinin bu gün həyatımızın müxtəlif sahələrində, o cümlədən məsuliyyətli dövlət vəzifələrində müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini bildirib.

Səfir Azərbaycan prezidenti İlham Əliyevin Rusiya ali təhsil ocağının məzunu olduğunu vurğulayaraq, ölkə başçısını Qurultay iştirakçılarına nümunə göstərib.
Diplomat belə bir tədbirin keçirilməsinin Rusiya tərəfindən əcnəbi tələbələr ilə əlaqələrin möhkəmlənməsinə verilən önəmin bariz nümunəsi olduğunu qeyd edib: “Təhsil insanlar arasında birliyin möhkəmlənməsində əhəmiyyətli yer tutan ümumbəşəri dəyərlərin yayılmasına xidmət etməlidir”.

Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, buradakı dözümlülük mühiti haqqında məlumat verən P. Bülbüloğlu tolerantlığın xalqımızın, hər bir azərbaycanlının həyat tərzi olduğunu vurğulayıb.

Azərbaycan və Rusiya dövlətlərarası münasibətlərinin möhkəm tarixi, coğrafi və humanitar əsasa malik olduğunu deyən diplomat məhz bu səbəbdən çox sayda azərbaycanlı tələbələrin Rusiyada təhsil almağa meyl etdiklərini qeyd edib.

Polad Bülbüloğlu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi azərbaycanlı tələbə və gəncləri özündə birləşdirən Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) haqqında danışıb. O, Rusiyanın ən böyük gənclər təşkilatlarından biri olan AMOR-un Azərbaycan və Rusiya arasında humanitar körpü rolunu oynadığını bildirib. Birliyin yarandığı gündən mədəniyyətlərarası dialoq və əməkdaşlıq ideyalarını təqib etdiyini deyən Polad Bülbüloğlu, təşkilatın buradakı azərbaycanlı gənclərin öz milli kimliyini unutmamaq şərti ilə Rusiya cəmiyyətinə inteqrasiya etmələrində yaxından yardım etdiyini vurğulayıb.

Assosiasiyanın yaradılmasının 20-ci yubiley ildönümünə təsadüf edən Qurultayda ƏTA-nın Qəyyumlar Şurasının sədri, Rusiyanın Xalqlar Dostluğu Universitetinin (RXDU) rektoru Vladimir Filippov, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçyov, ƏTA prezidenti Adu Yao Nikeza, Benin Respublikasının Rusiyadakı səfiri, ƏTA-nın Qəyyumlar Şurasının sədr müavini Aniseta Qabriel Koçofa, Yaxın Şərq, Afrika, Latın Amerikası, Asiya ölkələri səfirlərinin duayenləri, o cümlədən Çin səfiri Li Huey, Moskva şəhər meriyasının, Rusiyanın Təhsil və Elm, Xarici İşlər nazirliklərinin, FA-nın, Federal Miqrasiya Xidmətinin təmsilçiləri, RXDU prorektoru Aleksandr Qladuş çıxış ediblər.

Diaspora.az

06 May 2016

By
@
backtotop