Çexiyanın “E15 Český export” jurnalı xüsusi buraxılışını Azərbaycana HƏSR ETDİ

Çexiyada “E15 Český export” jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışı dərc edilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Diaspora.az saytına verdilən məlumata görə, buraxılışda Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatı, əlverişli biznes mühiti, həyata keçirilən layihələr haqqında məlumat verilib.

Habelə xüsusi memarlıq layihələrinə, modern üslubda inşa edilən binalara diqqət çəkilərək, bunun Azərbaycanın inkişafının bariz nümunəsi olduğu vurğulanıb.

Xüsusi buraxılışda Azərbaycanın ev sahibliyi etdiyi böyük idman yarışları və digər tədbirlər haqqında ətraflı məlumat verilib, bu tədbirlərin yüksək səviyyədə və müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub.

Xüsusilə ilk dəfə olaraq Azərbaycanda keçirilmiş Bakı Avropa Oyunlarının uğuru haqqında məlumat verilib və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan “Formula 1” yarışlarının da uğurla keçirilməsi üçün görülmüş işlərdən bəhs olunub.

Çexiya Xarici İşlər Nazirliyi və “Czech Trade” qurumunun dəstəyi ilə dərc edilmiş sözügedən jurnal Çexiyanın dövlət qurumları, ali təhsil müəssisələri və digər yerli təşkilatlar arasında paylanılıb.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

06 May 2016

By
@
backtotop