Azərbaycanlı cərrah Vaşinqtonda elmi tədqiqatını MƏRUZƏ EDİB

Azərbaycanlı cərrah Vaşinqtonda beynəlxalq tibbi konfransdaa elmi tədqiqatını məruzə edib

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Vüsal Hacıyev Vaşinqton şəhərində Beynəlxalq Ürək və Ağciyər Transplantasiyaları Cəmiyyətinin illik konfransında iştirak edib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Diaspora.az -a verilən məlumata görə, 45 ölkədən yüzlərlə həkimin qatıldığı konfransda  həmyerlimiz Vüsal Hacıyev ürək transplantasiyasından sonra trikuspidal qapaq çatışmamazlığının risk faktorları və səbəbləri üzrə apardığı tədqiqatı məruzə edib. Qeyd edək ki, 1990-cı illərdən bu günə qədər bir çox mərkəzlərin bu problem üzrə araşdırma aparmasına baxmayaraq, bu çatışmamazlığın əsas səbəbini aşkar etməmişlər.

Vüsal Hacıyev “Berlindəki Almaniya ürək mərkəzi”nin (Deutsches Herzzentrum Berlin) direktoru, dünya şöhrətli professor Roland Hetzerin rəhbərliyi altında dörd il ərzində trikuspidal qapağın çatışmamazlığına təsiri ola biləcək bütün faktorları araşdırıb, transplantasiyadan sonra sözügedən problemin qarşısının alınması üçün atılacaq addımları aşkar edib.

Elmi işinin nəticələrini bu konfransda tibbi tədqiqat icmasına təqdim edən Vüsal Hacıyev 2001-ci ildə Şirvan (keçmişdə Əli Bayramlı) Türk liseyinin məzunudur. O, Azərbaycan Təhsil Nazirliyinin dövlət təqaüd proqramı ilə Çexiyada tibb üzrə təhsil almaq üçün ölkənin ən nüfuzlu Charles Universitetinə yollanıb, 2009-cu ildə ali təhsilini bitirib.

Universiteti bitirdikdən sonra V.Hacıyev professor Hetzerin rəhbərliyi altında ürək cərrahiyyəsi üzrə rezindenturaya qəbul olunub. Hazırda ürək cərrahı vəzifəsində çalışan V.Hacıyev 2010-cu ildən başlayaraq ürək transplantasiyası əməliyyatından sonra trikuspidal qapağın çatışmazlığı mövzusunda araşdırma aparır.

Diaspora.az

03 May 2016

By
@
backtotop