Litvada Qarabağa həsr olunan kitab NƏŞR EDİLİB

Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbәylinin Qarabağ müharibəsi mövzusunda qələmə aldığ  “Boz eşşəyin məktubları” adlı hekayәsi Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə litva dilində işıq üzü görüb.

Diasporla iş üzrə Dövlət Komitəsindən Diaspora.az -a verilən məlumata görə, hekayə Litva Yazıçılar İttifaqının  “Literatura ir Menas” (“Әdәbiyyat vә İncәsәnәt”) hәftәliyinin 8 aprel tarixində çıxmış 14-cü sayında dərc olunub.

Əsəri orijinaldan litva dilinə tanınmış türkoloq alim və tərcüməçi, Litvanın Azərbaycan və Türkiyədəki sabiq səfiri, Azәrbaycan Yazıçılar Birliyinin fәxri üzvü Halina Kobetskayte vә Litva Azәrbaycanlıları Cәmiyyәtinin sәdri, Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas və tərcüməçi Mahir Hәmzәyev çeviriblәr. Kitabın illüstrasiyası tanınmış latış rəssamı və qrafika əsərləri ustası Lasma Puyatenin linoqravür texnikası üsulu ilə yaratdığı “Resolve” (“Düyün”) adlı əsərindən götürülüb.

Qeyd edək ki, bu tәrcümә Litva oxucularının E. Hüseynbәyli yaradıcılığı ilә ilk tanışlığı deyil. Belә ki, 2013­cü ildәn indiyədək Litvanın әdәbi­bәdii jurnallarında Azәrbaycan nasirinin yeddi әsәri oxuculara tәqdim olunub və bunlardan ikisi Azərbaycan nəsrində Qarabağ savaşı mövzusunda qələmə alınmış və diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.

Litva Azərbaycanlıları Cәmiyyәtinin bu itiqamətdə gördükləri işlərin əsas məqsədi litvalı oxucuları müasir Azərbaycan nəsrinin önəmli nümunələrilə tanış etmək,  xalqlarımızın mədəniyyətlərarası dialoqunu inkişaf etdirmək, həmçinin, Qarabağ münaqişəsi ilə  bağlı həqiqətləri bədii üsullarla Litva ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Bundan başqa, təşkilatın prioritet hədəflərinə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı  həqiqətləri, tarixi faktları Litva ictimaiyyətinə çatdırmaq, ölkədə bununla əlaqədar təbliğat və maarifləndirmə tədbirləri keçirmək, Ermənistanın işğalçı siyasətini ifşa edərək onu qınaq hədəfinə çevirmək, problemin ədalətli həllinə Litva Respublikası Seymi və Hökuməti tərəfindən siyasi dəstəyin verilməsi üçün lazımi lobbiçilik fəaliyyəti qurmaq da daxildir.

http://literaturairmenas.lt/2016-04-08-nr-3562/3194-vertimai/4980-elcin-huseinbeili-pilkojo-asilo-laiskai

Diaspora.az

03 May 2016

By
@
backtotop