Elmar Məmmədyarov Sarkisyanın şərtlərinə CAVAB VERDİ

“Gələn ay Avropa şəhərlərinin birində, çox güman ki, Brüsseldə Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırırıq”.

Diaspora.az-ın görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Ermənistanla görüşün vaxtı dəqiqləşdiriləcək:

“Dəqiq tarix sonra müəyyən ediləcək. Azərbaycan heç vaxt danışıqlar prosesindən imtina etməyib”.

Ermənistan Prezidenti Serj Sarkiysanın danışıqların bərpa edilməsi şərtləri barədə bəyanatını şərh edən nazir deyib ki, hər hansı şərt irəli sürməklə sülhə nail olmaq mümkün deyil: “Kimsə Yerevanda hər hansı şərt irəli sürərək danışıqlar prosesini davam etdirə və status-kvonu qoruya biləcəyini düşünürsə, o səhv edir”.

E.Məmmədyarov əlavə edib ki, Ermənistan öz fəaliyyəti ilə 1994-1995-ci il tarixli atəşkəs rejimi haqqında sazişi təhlükə altına salır: “Ermənilər başa düşməlidirlər ki, hərbi yolla münaqişənin nizamlanmasına nail olmaq mümkün deyil, lakin bu o demək deyil ki, danışıqlar həmişəlik davam edə bilər”.

Onun sözlərinə görə, Azərbaycan öz mövqelərinə möhkəm sadiqdir:

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qeyd-şərtsiz əməl olunmalıdır, ilk növbədə Ermənistan silahlı qüvvələri işğal edilmiş əraziləri tərk etməlidirlər. Yalnız bundan sonra məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların bərpa edilməsi və s. kimi qalan bütün bəndlər üzrə danışıqlara başlamaq olar”.

Diaspora.az

29 Aprel 2016

By
@
backtotop