“Bakı sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın mərkəzinə çevrilib” – Əhməd Şahidov

Aprelin 25-27-də Azərbaycanın ev sahibliyi ilə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adlı 7-ci Qlobal Forumu keçirildi.

7-ci Bakı Qlobal Forumda dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndə iştirak etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir geniş şəkildə 117 nəfər xarici və yerli media tərəfindən işıqlandırıldı.

7-ci Bakı Qlobal Forumunda yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu nüfuzlu tədbirin məhz Bakıda keçirilməsini təsadüfi saymır: “Bugün bütün dünyada baş verən müharibələr, toqquşmalar və diskriminasiya halları sivilizasiyalar arası dialoqun zəruriliyini ortaya qoyub. Artıq dünya bu müharibələrdən yorulub, dini, milli, irqi və cinsi ayrıseçkiliyə görə insanların bir-birini öldürməsi kütləvi hal alıb. Odur ki, fərqli sivilizasiyaların rahat şəkildə bir araya gəlməsi və dialoq qura bilməsi üçün bu dəyərləri özündə birləşdirən ölkəyə, şəhərə və cəmiyyətə ehtiyac var. Bugün fəxrlə deyə bilərik ki, Azərbaycan bu keyfiyyətləri özündə birləşdirən yeganə ölkədir və dünya bunu anlayır. Bizim cəmiyyətdə dinindən, dilindən, milliyyətindən və cinsindən asılı olmayaraq, hər bir kəs rahat şəkildə yaşaya və fəaliyyət göstərə bilər. Bu baxımdan Bakı artıq sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın mərkəzinə çevrilə bilib. Bu, həm də bizə geniş imkanlar açır. Azərbaycan öz tarixini, milli-mədəni irsini və tolerantlıq dəyərlərini bütün dünyaya nümayiş etdirmək şansı qazanıb.”

28 Aprel 2016

By
@
backtotop