Bakıda Britaniya filmlərinin nümayişi BAŞLAYIB-FOTO

Nizami Kino Mərkəzi “British- Council Azərbaycan” və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə “İkinci Britaniya Film Baharı Festivalı”nın açılış mərasimi keçirib.

Diaspora.az-ın məlumatına görə, Britaniya Bahar Film Festivalı aprelin 30–dək davam edəcək. Bu müddətdə Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğurlu yeni filmlərini təqdim olunacaq.

Festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi ilə, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı “Bruklin”adlı tarixi dramın premyerası ilə açılıb.

Festivalın növbəti günlərində, həmçinin aktrisa Meqqi Smitin baş rolda çəkildiyi “Furqondakı ledi”, rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş “45 il” filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi rejissor Yorqos Lantimosun “Lobster” filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.

Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində rus dilində alt yazılarla nümayiş edilir. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.

Qeyd edək ki, British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. İkinci film festivalı Britaniya Film Baharı (British Film Spring) adı altında 2015-ci ildə baş tutub.

oooooooo ggg ;;;;;;;;;;;;;

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 Aprel 2016

By
@
backtotop