Dünyanın peşəkar döyüşçüləri Bakıya toplaşır – Ulu Öndərin xatirəsinə həsr edilmiş çempionat

Azərbaycan “Sindo-ryu və Pencak-silat” Federasiyası gənclərin idmana marağını artırmaq üçün mütəmadi olaraq ölkə daxilində müxtəlif yarışlar keçirir. Təşkil edilən çempionatlarda öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə edən idmançılar həm də mənəvi baxımdan təmin edilmiş olurlar.

Əlbəyaxa döyüş növü olan və gənclərdə çeviklik, cəldlik, sarsılmaz güc, iradə, əzm və özünə inam yaradan pencak-silata artıq Respublikamızda kütləvi maraq formalaşmaqdadır. Bunu nəzərə alan Federasiya rəhbərliyi bu il 30 aprel-1may tarixləri arasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş X Azərbaycan birinciliyi və çempionatı keçirəcək. Tədbir Sərhədçi Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Federasiya pencak-silat üzrə X Azərbaycan birinciliyi və çempionatı ilə yanaşı, azarkeşlərin marağını nəzərə alaraq “One silat” idman növündən də beynəlxalq yarış keçirəcək. “One-silat” bu sahədə bizlərin bildiyi qaydasız döyüş anlamını verir və ona Asiya ölkələrində çox böyük maraq var. Bu yarışda əsasən Azərbaycan və Özbəkistan idmançıları güclərini sınayacaqlar.

Qaliblərə diplomlar və qiymətli hədiyyələr verilməklə bərabər, onlar Asiya və Avropa çempionatlarında iştirak etmək hüququ da qazanacaqlar.

Onu da qeyd edək ki, Azərbaycan “Sindo-ryu və Pencak-silat” Federasiyası bu cür tədbirləri hər il keçirir.

yaris1

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 Aprel 2016

By
@
backtotop