Şimali Kiprdə ittiham olunan tələbəmiz: “Deportasiya olunmaq ehtimalımız var”-MÜSAHİBƏ

uuuuu

Bir il bundan öncə Şimali Kipr Türk Cümhuriyyətində erməni təxribatına qarşı etiraz aksiyası keçirən azərbaycanlı tələbələrin məhkəməsi mayın 13-də baş tutacaq.

Şimali Kiprdə ermənilərin çirkin oyunlarına qarşı mübarizə aparan və yerli orqanlar tərəfindən ittiham olunan tələbələrdən  7 nəfəri azərbaycanlı, 2-si isə türkdür.

Diaspora.az xəbər verir ki, Azərbaycan bayrağını Şimali Kipr polisinə verməyən, hətta xaricdə həbs cəzasını belə gözə alan Doğu Akdeniz Universitetinin tələbəsi Toğrul İbrahimli  məsələ ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

-Toğrul, artıq 1 ildən çoxdur ki, sən və tələbə yoldaşların, yaşadığınız və təhsil aldığınız Şimali Kiprdə ermənilərə qarşı keçirdiyiniz etiraz aksiyalarına görə yerli məhkəmə tərəfindən ittiham olunmusunuz. Ermənilərin Şimali Kiprdə azərbaycanlılara qarşı təxribatları nə zamandan başladı?

– İlk dəfə 2013-cü ildə Şimali Kiprdə Doğu Akdeniz Universitetində tələbə cəmiyyətinin sədri olarkən 20 Yanvar tədbirinə hazırlaşırdıq. Tədbirdə Qarabağ müharibəsi haqqında olan Elxan Cəfərovun “Dolu”  filmini də nümayişi edəcəkdik.

Tədbirə 2 gün qalmışdı. Ona görə də hazırlıq prosesinə tanınmış insanları dəvət edirdik. İş adamlarını, tanınmış şəxsləri Çingiz Mustafayevin çəkdiyi görüntülərlə tanış edirdik.

Universitet binasının qarşısında 100-ə yaxın dövlətin bayrağı var idi. Azərbaycan bayrağının yanında da Ermənistan bayrağı asılmışdı. Biz ona etiraz etmədik.  Çünki bu ölkədə erməni tələbələr də var. Baxdıq ki, bayraqların sırasında Dağlıq Qarabağdak; separatçı rejimin də “bayrağı” var. Mən o “bayrağı” bayraqların arasında gördüyüm an sanki dəli oldum.

Düşündüm ki, Ermənistanın bayrağını başa düşdüm, bəs separatçıların “bayrağı” burada nə gəzir? Mən o bayrağı cırdım.

Universitet rəhbərliyinə isə etirazımı bildirdim, Dedim ki, biz Qarabağ torpaqlarında şəhidlər vermişik, ana-bacılarımız vəhşicəsinə qətlə yetirilib, təhqir olunub. Torpaqlarımız işğal olunub, amma siz belə bir qondarma qurumun bayrağının burada asılmasına göz yumursunuz? Rəhbərliyə söylədim ki, iki gündən sonra bizim 20 Yanvar,  daha sonra Xocalı tədbirlərimiz var. Siz demək istəyirsiniz ki, Qarabağ Ermənistanındır?

13101043_1175871495780580_313312705_n

-Daha sonra sizin ermənilərə etiraz etmənizə nələr səbəb oldu?

-İkinci dəfə isə  ermənilər və erməni kökənli kürdlər gördülər ki, biz 20 Yanvarla bağlı tədbirə hazırlaşırıq. Onlar da universitetə yaxın meydanda “kalbimizdesin hrant” kimi şüarlar səsləndirirək, plakatlar yazıb əllərində tutmuşdular. Biz bu dəfə də universitet rektorluğundan bunun səbəbini soruşduq. Bu dəfə bizi danladılar və hətta 1 müəllimi də işdən çıxardılar.

Ötən ilin bu aylarında Şimali Kiprin Gazimağusa rayonunda Rauf Denktaşın adını daşıyan Mədəniyyət və Konqres mərkəzində səhnəyə qoyulan teatr tamaşasıında erməni yazıçı, aktyor Aret Vartanyan da iştirak edirdi.

Biz etiraz olaraq əllərimizdə Azərbaycan bayrağı mitinq təşkil etdik. Biz Vartanyanın üzünü belə görmədik. Biz o erməniyə onların Azərbaycan xalqının başına gətirdikləri müsibətləri eşitdirmək istəyirdik.

Amma o, mədəniyyət mərkəzinin arxa qapısından çıxıb qaçdı. Əgər o erməni Aret Vartanyan millətçi deyildisə, ortaya çıxıb ata-balalarının Azərbaycan xalqına qarşı törətdiyi soyqrımlarına görə üzr istəyərdi.Bizim bu etirazımıza görə polis bizi həbs etdi. Lakin sonradan azadlığa buraxıldıq.

Ertəsi gün isə kürd və erməni kökənlü tələbələr kampusda bizə qarşı yürüş keçirdilər. Onlar “Hamızım hrantıq, vartanyanıq, erməniyik” deyə qışqırırdılar.  Bizə “siz faşistsiniz, millətçisiniz, irqçisiniz” deyirdilər.

Bizim qarşıda məhkəməmiz olduğu üçün onlara açıq şəkildə etiraz edə bilmədik. Çünki bu artıq bizə qarşı hazırlanmış bir  təxribat idi. Onların əsas məqsədi o idi ki, bu dəfə də bizi həbs etsinlər.

777777

-Etiraz aksiyalarında yerli polis necə oldu ki, Azərbaycan bayrağına əl atdı?

-Bütün bunlar artıq üst-üstə yığıldı. Artıq dözə bilmirdik. Biz yerli türk, kiprli polislərə sual verirdik ki, siz ermənilərin bu cür çirkin oyunlarına niyə şərait yaradırsınız ?

Növbəti etiraz aksiyamızda Şimali Kipr polisi iki dəfə Azərbaycan bayrağını əlimdən çəkib, məni yerə yıxmaq istəyirdi.

Polisə dedim ki, “bayrağıma əl vurma, buna görə şəhid vermişəm”.

Sonda isə bir neçə polis bayrağı əlimdən almaq istəyəndə üstümə tökülüb məni yerə yıxdılar. Dəyənəklə başıma vurdular. Qollarıma qandal taxdılar. Sanki adam öldürmüşdüm. Ermənilər Şimali Kiprdə bizi çox pis qələmə verdilər. Onlar bəyan etdilər ki, güya biz aksiyada polisə qarşı zor işlətmişik, daşla onları vurmuşuq, koma vəziyyətinə salmışıq. Videogörüntülərdən də görünür ki, buz polisə heç bir zor tətbiq etməmişik.  Əgər elə olsaydı, polis zədə alardı. Amma heç bir polisin burnu belə qanamamışdı.

Ermənilərin bu cür bəyanatlar yaymasında əsa məqsədi bizi Kipr xalqının gözündə düşmən elan etmək idi. Onlar xalqı bizim üstümüzə qaldırmaq istəyirlər.

-Məhkəmə sizə qarşı hansı əsaslarla ittiham irəli sürülür ?

-Bizə qarşı irəli sürülən ittihamlarda icazəsiz toplanmaq, üstündə təcavüz alətləri daşımaq, səs salmaq, rahatsız etmək iddiaları var. Ümumən isə bizə qarşı 5 maddə üzrə ittiham irili sürülür.

-Bəs ittiham olunanlara yekunda hansı cəza verilə bilər?

-Növbəti məhkəmə mayın 13-də baş tutacaq. Məhkəməyə 9 nəfər verilib. Onlardan 2-si artıq universitetdən məzun olub. İttiham olunanlardan 7-si azərbaycanlı, 2-si isə türkdür.

Məhkəmənin hökmünə əsasən sonda pul cəzası kəsilsə, minimum 7 nəfərə  10.000-12.000 türk lirəsi məbləği cərimələnə bilərik. Əgər bu məbləğ yerində ödənilməsə ,1 ay həbs edilməklə ölkədən deportasiya olunmaq ehtimalımız var.

Diaspora.az

26 Aprel 2016

By
@
backtotop