Fransa dövlət katibi: “Dağlıq Qarabağ münaqişəsinin həlli uzadılmamalıdır”

“Bakıya səfərim böyük uğurla keçən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakla bağlıdır. Forumda çoxlu sayda ölkələr iştirak edib”.

Diaspora.az xəbər verir ki, bunu Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezir mətbuat konfransında deyib.

O, Bakıya səfəri zamanı Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşdüyünü vurğulayıb. Fransa dövlət katibinin sözlərinə görə, onun səfəri həm də Dağlıq Qarabağda zorakılığın artdığı zamana təsadüf edib: “Görüşlərdə Fransa prezidenti və hökumətinin tərəfləri sülh və barışığa səsləyən mesajlarını çatdırdım. Oxşar mesajları Yerevanda da vermişdim”.

A.Dezir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli uzadılmamalıdır, amma münaqişənin hərbi yolla həlli də mümkün deyil: “Münaqişə dondurulmuş vəziyyətdə deyil. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Rusiya və ABŞ-la birgə Madrid prinsipləri əsasında uzunmüddətli sülhün bərqarar edilməsi üçün səy göstərəcək”.

Diaspora.az 

26 Aprel 2016

By
@
backtotop