Ərdoğan: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır”

“Hazırda Türkiyədə 3 milyon qaçqın var. Türkiyə bu işə böyük pul xərcləyir. Bu, çox böyük məbləğdir. Qeyd edim ki, biz bəzi ölkələr kimi qapılarımızı bağlamırıq. Bağışlayın, biz insanları ölüm riski ilə üz-üzə qoya bilmərik”.

Diaspora.az-ın  xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.

O bildirib ki, irqçiliyə qarşı birgə mübarizə aparılmasa, terrora qalib gəlmək mümkün olmayacaq: “Türkiyə 35 ildir, terrorla mübarizə aparır. Bu illər ərzində xeyli insan itirmişik. Terrora qarşı mübarizə aparırıqsa, səmimi olmalıyıq. Terrorçulara silah verənlər qınanmalıdır. 6 ildir, Suriyada insan öldürülür. Bunun qarşısı alınmalıdır”.

Ərdoğan qeyd edib ki, gənc nəsillərə gözəl gələcək nəsib etmək üçün birgə səy göstərilməlidir: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır, bu tədbirdədir. Eyni zamanda, radikal qruplaşmaların və onları dəstəkləyənlərin də gözü də Bakıdadır. Siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, dini liderlərin hərəsinin öz görəcəyi iş var. Fəaliyyətimizi koordinasiya edib, iş görməliyik”.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 Aprel 2016

By
@
backtotop