Azərbaycan Tələbə Şəbəkəsi Almaniya ictimaiyyətini erməni yalanları üçün alətə çevrilməməyə ÇAĞIRIB

Azərbaycan Tələbə Şəbəkəsi Almaniya ictimaiyyətini erməni yalanları üçün alətə çevrilməməyə çağırıb

Azərbaycan Tələbə Şəbəkəsi Berlin ofisinin Diaspora.az saytına verdiyi məlumata görə  24 aprel tarixində Ermənistan səfirliyi və erməni diasporunun Berlində qondarma “erməni soyqırımı”na həsr olunmuş anım mərasimi keçirməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda erməni tərəfinin anım mərasimi haqda yaydığı müraciətində 1915-ci il hadisələrində Almaniyanın da məsuliyyət daşıdığını vurğulaması, AFR hökuməti və Almaniya Bundestaqının “101 il hökm sürən susğunluğu”na nəhayət ki son qoymağı tələb etməsi diqqətə çatdırılır.

Vurğulanır ki, 100 il əvvəl baş verən tarixi hadisələri öz siyasi məqsədləri üçün alətə çevirməyə çalışan ermənilər yaxşı olar ki, Xocalıda törətdikləri soyqırımın məsuliyyətini dərk etsinlər və Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq naminə torpaqlarını işğal etdikləri, etnik və mədəni soyqırıma məruz qoyduqları azərbaycanlılarla barışığa can atsınlar.

Bəyanatda qeyd olunur ki, Ermənistanda hökm sürən rejimin sülhə və barışığa meylliyi təəssüf ki duyulmur. Belə ki Ermənistan prezidenti cari ildə Almaniyaya səfəri zamanı AFR kansleri Anqela Merkellə keçirdiyi birgə mətbuat konfransında etdiyi aqressiv çıxışına görə alman mətbuatında haqlı olaraq “müharibə lordu” adlandırılıb.

Azərbaycanlı gənclər Ermənistan prezidentinin nəinki xarici siyasətdə, heç ölkə daxilində də sülhə və barışığa istiqamətlənmiş fəaliyyət göstərmədiyini vurğulayıblar.  Ermənistandakı rejim 2008-ci ilin martında Yerevandakı etiraz aksiyaları zamanı 10 nəfərin ölümü ilə nəticələnən güc tətbiqinə görə məsuliyyəti hələ də üzərinə götürməyib.

Azərbaycan Tələbə Şəbəkəsi Almaniya siyasətçiləri və ictimaiyyətini Cənubi Qafqazın yeni münaqişələr meydanına çevrilməməsi naminə regional məsələlərin konstruktiv həllinə dəstək verməyə və erməni ideologiyası üçün alətə çevrilməməyə çağırıb.

Diaspora.az

26 Aprel 2016

By
@
backtotop