Azərbaycan və türk icmaları ABŞ-da birgə aksiya keçirib

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspora.az saytına verilən məluata görə Aprelin 24-də Florida ştatının Mayami şəhərində yaşayan Azərbaycan və türk icmaları Ermənistan dövlətinin təcavüzkar siyasətinə qarşı etiraz aksiyası keçirib. Türkiyə Respublikasının Mayamidəki konsulluğu qarşısında keçirilən nümayiş ABŞ-dakı türk icmasının təşəbbüsü ilə baş tutub.

Aksiya Türkiyə və Azərbaycan hərbi marşının ifası ilə başlayıb. İştirakçılar əllərindəki plakatlarda “Xocalı uşaqlarını xatırla!”, “1915-ci ildə ermənilər 550 000 türk öldürüb”, “ABŞ Ali Məhkəməsi erməni iddialarını rədd edir”, “Uşaqlarınıza nifrət yox, sülh və sevgi öyrədin!”, “Erməni yalanına qarşı ayağa qalx!” kimi şüarlar səsləndiriblər. Çıxış edən hər iki qardaş ölkənin nümayəndələri Ermənistanın işğalçılıq siyasətini pisləyib, ermənilərin tarixən azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayət aktları barədə məlumat veriblər. Onlar, həmçinin, beynəlxalq birliyi Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirməyə çağırıblar.

Qeyd edək ki, nümayişdə Florida ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə İmanova və icma nümayəndələri də iştirak edib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 Aprel 2016

By
@
backtotop