Kölndə Azərbaycanlılar aksiya keçirib Merkelə müraciət ETDİLƏR

Aprelin 24-də Alman-Azərbaycan Kültür dərnəyi tərəfindən Ermənistana qarşı etiraz aksiyası keçirilib. Tarixi Köln Katedralı qarşısında təşkil edilən aksiyaya gələnlərin əllərində Azərbaycan və Türkiyə bayraqları, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri göstərən şəkillər olub.

Diaspora.az saytının məlumatına görə, dərnəyin Şimali  Ren Vestfayla (NRW) sədri Təranə Tağıyeva jurnalistlərə verdiyi açıqlamada, Rusiya olmadan Ermənistanın Azərbaycana  hücum etməyə gücünün çatmayacağını bildirib.

O, Rusiyaya, Ermənistana  verdiyi dəstəyi sonlandırması üçün çağırış edib.

İşğal edilən torpaqların əsl sahibi olan Azərbaycanlıların öz vətənlərə ziyarət edə bilmədiyini deyən T.Tağıyeva, valideynlərinin məzarını ziyarətə gedən 3 azərbaycanlıdan birinin ermənilər tərəfindən öldürülməsi, ikisinin isə qanunsuz olaraq həbs olunmasını  və indiyə qədərdə onların  azad olması üçün mübarizə apardıqlarını ifadə edib.

Daha sonra Almaniyanın kansleri Angela Merkelə  göndərəcəkləri məktubu açıqlayan Tağıyeva bildirib:

“Hörmətli Merkel, lütfən bizim səsimizə səs verin. Bu qədər insanın gözü yaşlı qalması yetər. Ukrayna məsələsində Rusiyaya reaksiya verdiyiniz kimi, bu məsələdə etirazınızı bildirin.  Çünki, siz güclü dövlətsiniz. Sadəcə Azərbaycanda deyil bütün dünyada sülh istəyirik” sözlərini deyib.

25 Aprel 2016

By
@
backtotop