Diaspor rəhbəri Azərbaycan həqiqətlərini ÇATDIRDI: “Finlandiyalı deputata”

Aprelin 18-də Azərbaycan-Finlandiya Dostluq cəmiyyətinin sədri Təranə Nəzərova Finlandiya Parlamentinin deputatı,  Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero Lehti ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspora.az saytına verilən məlumata görə, görüşdə Təranə Nəzərova deputatı Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumantlandırıb, ona erməni işğalçılarının törətdiyi cinayətləri əks etdirən faktlar və fotoşəkillər təqdim edib.

Təşkilat sədri deputata Azərbaycanın bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb. Təranə Nəzərova son illər ərzində Prezident  İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan Respublikasının sürətlə inkişaf etməsindən, beynəlxalq arenada böyük nüfuza sahib olmasından söhbət açıb.

Eero Lehti də öz növbəsində Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləyib, dinc Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətləri terror aktı adlandırıb. Deputat beynəlxalq təşkilatların bu münaqişəni obyektiv dəyərləndirməli olduğunu, problemin sülh yolu ilə həlli istiqamətində səylərin artmasının zəruriliyini vurğulayıb.

O həmçinin, Bakı haqqında xoş təəsüratlarını bölüşüb, Azərbaycana səfəri zamanı keçirdiyi dövlət əhəmiyyətli görüşlərdən söz açıb.

Diaspora.az

21 Aprel 2016

By
@
backtotop