Azərbaycanlı səfir Afrika İttifaqını Ermənistana qarşı təzyiqə ÇAĞIRDI

Azərbaycanın Efiopiyadakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev bu ölkənin böyük oxucu kütləsinə malik olan “The Reporter” qəzetinə müsahibə verib.

Səfirlikdən Diaspora.az-a verilən məlumata görə, E.Abdullayev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini pisləyən və eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana təsir göstərilməsi üçün Afrika İttifaqının üzv ölkələrinə BMT-yə çağırış etməsi üçün müraciət edib.

Səfir E.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti, o cümlədən Afrika ölkələri tərəfindən tanındığını qeyd edərək, beynəlxalq hüquqa hörmət etməyən Ermənistanın cəzalandırılması zəruriliyini vurğulayıb.

Daha sonra səfir E.Abdullayev Azərbaycanla Efiopiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı perspektivlərini şərh edib. Səfir E.Abdullayev həmçinin Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olduğunu qeyd etdi və ölkəmizin regionda həyata keçirilən bütün irimiqyaslı layihələrin reallaşdırılmasında aparıcı rol oynadığını oxucuların diqqətinə çatdırıb.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

20 Aprel 2016

By
@
backtotop