AŞPA prezidenti: “Azərbaycanın bu addımı düzgün istiqamətdədir”

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup vətəndaşın əfv olunmasıyla bağlı son sərəncamını yüksək qiymətləndirib.

Diaspora.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının açılışında çıxışı zamanı Assambleyanın prezidenti “Azərbaycanın bu addımı düzgün istiqamətdədir və xoş məramın göstəricisidir” deyib.

“Bu vətəndaşların öz ailələrinin yanına qayıtmalarına görə şadam”, – deyə Pedro Aqramunt sözlərinə davam edib.

Xatırladaq ki, martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Əfv sərəncamı 148 nəfərə, o cümlədən bəzi tanınmış şəxslərə şamil olunub.

Belə ki, əfv sərəncamında Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, “İnsan hüquqları” klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, “Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, “Talışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov da yer alıb.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

18 Aprel 2016

By
@
backtotop