Azərbaycanlı ekspertlər ermənilərin yalanlarını İFŞA ETDİLƏR: “Rusiya televiziyasında”

Rusiyanın “TVC” telekanalında yayımlanan “Pravo qolosa” siyasi tok-şousunda bəzi rusiyalı politoloqlar və erməni ekspertlərlə Azərbaycanı təmsil edən ekspertlərin debatı olub.

Diaspora.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, Moskva müxbirinin verdiyi məlumata görə,  Bakıda doğulan milliyətcə erməni Roman Babayanın müəllifi olduğu verilişdə aprelin 11-də azərbaycanlı ekspertlərin iştirakı əvvəldən planlaşdırılmayıb. Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasında Türkiyə ilə birlikdə göstərmək üçün əslən azərbaycanlı, lakin Türkiyə informasiya agentliyini təmsil edən jurnalist Fuad Abbasov verilişə ekspert qismində dəvət olunub.   Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini, hüquqşünas Samir Məmmədov da həmin verilişə qatıla bilib . Samir Məmmədovdan başqa Azərbaycanı tok-şouda jurnalist və politoloq Aydın Mehdiyev də təmsil edib.

Aparıcı Roman Babayanın Azərbaycan-Türkiyə ittifaqının Rusiya-Ermənistan ittifaqına qarşı olduğunu göstərmək cəhdləri azərbaycanlı ekspertlər tərəfindən etirazla qarşılanıb. Diaspor nümayəndəsi Samir Məmmədov türkiyəli ekspertin mövqeyinin Azərbaycanın mövqeyi olmadığını söyləyib: “Azərbaycanın mövqeyini Azərbaycan tərəfi səsləndirəcək. Türk mediasını təmsil edən jurnalistin şəxsi mövqeyini Azərbaycanın mövqeyi kimi təqdim etməyə cəhd etməkdən əl çəkin”.

Verilişdə çıxış edən politoloq Aydın Mehdiyev bildirib ki, Dağlıq Qarabağda son döyüşlərin nəticəsi və bu proseslərdə Rusiyanın bitərəfliyi Ermənistanı məyus edib: “Azərbaycan Ordusunun işğal olunmuş torpaqları azad etmək qüdrəti var. Lakin rəsmi Bakı atəşkəs elan etməklə dünyanın sülh çağırışına hörmət etdiyini göstərdi. Bununla yanaşı, Ermənistanın tələblərinə Rusiya da fikir vermədi. Rəsmi Moskva Azərbaycana silah satmaqdan imtina etməyəcəyini açıqladı”.

Erməni aparıcı Roman Babayanın diaspor nümayəndəsi Samir Məmmədova “Siz Qarabağ uğrunda savaşmaq istəyirsiniz? Bəs kompromisə getmək istəməzdiniz?” suallarını ünvanlayıb

“Azərbaycanlılar, bütün xalqlar kimi öz ərazi bütövlüyünü qorumağa və bərpa etməkdə haqlıdırlar. Bizim artıq sülh təklifimizdə kompromis var. Siz onu niyə görmürsünüz? Beynəlxalq hüquq normaları Azərbaycana haqq verir ki, ərazi bütövlüyünü bərpa etsin. Sizdən, hər birinizdən xahiş edirəm ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə tanış olsun! O qətnamələrin hər biri erməni silahlı qüvvələrindən işğal olunmuş Azərbaycan ərazilərini  tərk etməyi tələb edir. Bütün dünya erməni ordusunu təcavüzkar kimi tanıyır. Rusiyanı Azərbaycan əleyhinə olan dövlət kimi təqdimetmə təxribatından əl çəkin. Rusiya efirində hazırda bu kimi təxribatlar müşahidə olunur. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə Rusiya da imza atıb.  Həmin qətnamələrdə ermənilərin Qarabağda etnik təmizləmələr aparması qeyd olunub” deyə, S. Məmmədov bildirib.

Qeyd edək ki, “Pravo qolosa” verişinin 11 aprel buraxılışında Azərbaycanı təmsil edən ekspertlərin çıxışları montaj olunub, ermənilər və Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdikləri tarixi faktlar kəsilərək efirə verilməyib. Məsələn,  Aydın Mehdiyevin “ermənilər işğala görə Azərbaycana təzminat ödəməlidir” kimi ifadəsi, həmçinin Türkiyəni təmsil edən jurnalist Fuad Abbasovun Qarabağın Azərbaycana mənsubluğunu sübut edən arqumentləri, ermənilərin Türkiyəyə, Gürcüstana, hətta İrana olan ərazi iddialarını barədə çıxışı kəsilib.

S.Məmmədov isə verilişdə ekspert qismində qondarma “DQR”-in nümayəndəsinin dəvət olunmasına da etirazını bildirib: “Siz bununla Rusiya qanunlarını pozursunuz. Rusiya belə adda dövləti tanımır. “DQR” təmsil edən şəxs cibində hansı ölkənin pasportunu daşıyır”.

Lakin bu ifadələr də montaj olunub.

S. Məmmədov qeyd edir ki,  aparıcı Roman Babayana efirdə bir sıra suallar ünvanlayıb: ” Ondan soruşdum ki, müharibəni birinci ermənilərin başladığını niyə demir? Niyə demir ki, Ermənistandan 360 min azərbaycanlını ermənilər qovublar. Niyə azərbaycanlıların Ermənistanda üzləşdiyi problemləri demir? Niyə birtərəfli mövqedən çıxış edir? Bütün veriliş boyu Rusiya ictimaiyyətinə yalan danışdı. Mən Ermənistandan 5 yaşında qovulmuşam. Masis rayonunun Zəngilər kəndindənəm. 5 yaşım var idi, erməni quldurları və silahlıları bizim evimizi dağıtmağa gələndə. Niyə bu barədə danışmır?”

R. Babayan isə hazırkı verilişdə söhbətin o zamankı hadisələr olmadığını bildirməklə kifayətlənib.

Diaspora.az

14 Aprel 2016

By
@
backtotop